{category-title}

‘‘Nə qədər istəyirsən bu ərizələrdən yaz, mənzil yoxdur...’ - Müraciət

 Azərbaycan Respublikasının l Vitse Prezidenti Mehriban xanım Əliyevaya Sumqayıt Şəhəri, S. Vurğun Küçəsi, 1ci Məhəllə, ev 100-də yaşayan Səfərov Təhməz Abdulla oğlunun Miq.Az-ın redaksiyasına göndərdiyi məktubu oxucularımıza təqdim edirik. "Hörmətli Mehriban xanım!

Mən Sizə mənzil probleminə görə çətin durumumla bağlı müraciət edirəm.

Mən uşaqlıqdan l qrup gözdən əliləm. Sumqayıt şəhərində yerləşən Gözdən Əlillər Cəmiyyətinin bir otağında 4 nəfər ailə üzvü ilə yaşayıram. 1953-cü il təvəllüdlüyəm. 1992-ci ildən l qrup əlil kimi ev növbəsinə dayanmışam. Lakin indiyə kimi biz mənzillə təmin olunmamışıq. Mənzillə təmin edilməyim xahişi ilə illərdir ki, əlaqədar qurumlara müraciət edirəm. Yazdığım bütün müraciətlərim Sumqayıt şəhər İcra Hakimiyyəti Aparatının Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri Sədaqət Əsədovaya yönləndirilir. Səadət xanım da özünəməxsus tərzdə, ev növbəsini gözləyə - gözləyə qocalmış, ümidsizliyə qapılan l qrup əlilə, ‘‘nə qədər istəyirsən bu ərizələrdən yaz, mənzil yoxdur ’’ deyir.

25 avqust 1992-ci ildən qüvvədə olan ‘‘Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud reabilitasiyası və sosial müdafiəsi haqqında’’ Azərbaycan Respublikası qanunun 43-cü maddəsinə əsasən ‘‘Əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. l qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailəsinə mənzillər növbədənkənar verilir’’. Sədaqət xanəm isə ‘‘növbədənkənar’’ sözünü qəbul etmək istəmir. Xahiş edirəm müraciətim bu dəfə də Sədaqət xanıma yönləndirilməsin, çünki bu, boş yazışmalardan və vaxt itkisindən başqa bir şey deyildir.

Gündən - günə çiçəklənən, inkişaf edən, saysız - hesabsız iş yerləri açılan dünyanın idman oyunları arenasına çevrilən Azərbaycanımızda 28 il ev növbəsi gözləyən l qrup əlili mənzillə təmin etmək məncə qlobal bir məsələ deyil.

Mənim artıq 67 yaşım var. 28 ildir ev növbəsindəyəm. Gözdən Əlillər Cəmiyyətinin bir otağı 4 nəfə ailə üzvümüzün həm yataq, həm yemək, həm istirahət otağı oldu. O bir otaqda ev növbəsini gözləməklə 2 oğul böyütdüm, bir ömür keçirtdim, lakin insan kimi şəraitim olmalıdı. Həm taleyimin alın yazısı olan şikəstlik, həm bu şikəstliyə görə kasıbçılıq mənim mənzil alıb insan kimi yaşamamıza əngəl oldu. Mən əlil kimi pensiya alıram, həyat yoldaşım da yaşa görə pensiya alır. Bir oğlum ödənişli əsaslarla ali təhsil alır. Bizim maddi imkanımız çatmır ki, öz hesabımıza mənzil alaq. Buna heç bir güman yerimiz və ya gəlirimiz də yoxdur, Biz aztəminatlı ailəyik. 

Prezidentimiz İLHAM ƏLİYEVİN daxili siyasətində əhalinin aztəminatlı təbəqələrinə, məcburi köçkünlərə sosial rifahın gücləndirilməsi, onların qayğısına qalınması, uşaqların təhsili, onlara qayğı, ünvanlı sosial yardımların verilməsi, müharibə veteranlarına, əlillərinə, şəhid ailələrinə qayğı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yeni iş yerlərinin açılması, əhalinin işlə təmin edilməsi mühüm yer tutur.

Mən də aztəminatlı ailə kimi sizə müraciət edir, mənə kömək etməyinizi xahiş edirəm.

Hörmətli Mehriban xanım! Məni l qrup əlil kimi mənzillə təmin edilməyimə kömək etməyinizi xahiş edirəm. Əvvəlcədən təşəkkür edirəm".
 

Son xəbərlər

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Zakir Həsənov Pakistana başsağlığı verib

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bütün xəbərlər