{category-title}

AzTV teletamaşa ənənəsinin bərpa edir, yeni filmlər çəkiləcək

 

 

Azərbaycan Dövlət Televiziyasında (AzTV) tamaşaçıların zövqünü oxşayan, nostalji duyğular aşılayan film-tamaşalar ənənəsi uzun fasilədən sonra bərpa olunur. Bununla bağlı Musavat.com-a AzTV-dən verilən məlumata görə, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin yeni direktoru, xalq artisti, rejissor Ramiz Həsənoğlu bu vəzifəyə təyin edildikdən sonra sözügedən istiqamətdə işlərə start verilib.
Məlumatda deyilir ki, artıq filmlərin siyahısı da dəqiqləşib. Bu qəbildən “Yeni il” adlanan ilk teletamaşanın yazıçı Elçinin “Gül dedi bülbülə” hekayəsinin motivləri əsasında çəkiləcəyi planlaşdırılır və artıq müəlliflə danışıqlara başlanılıb. Ekran əsərləri arasında böyük Azərbaycan şairi, dahi mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə ithaf olunan sənədli televiziya filmi də var. “Son gecə” adlanacaq film Rəsul Rzanın Nəsimiyə həsr olunmuş poemasının motivləri əsasında ölməz şairin edamından əvvəlki son gecə haqqındadır. İl ərzində “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi tərəfindən yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunan “Mirzə Cəlil”, Cəfər Cabbarlının keşməkeşli həyatından bəhs edən 10-15 seriyalı, Anarın ssenarisi əsasında “Azad bir quş idim”, həmçinin Şah İsmayıl, Şah Təhmasib, Uzun Həsən və digər nüfuzlu tarixi şəxsiyyətlərin həyatına həsr olunan “Fatehlərin divanı” kimi çoxseriyalı filmlər də ekranlaşdırılacaq.
YUNESKO tərəfindən Ümumdünya Mədəni İrs siyahısına daxil edilmiş xalqımıza məxsus qeyri-maddi mədəniyyət abidələrinə həsr olunan sənədli televiziya filmləri də tamaşaçıların ixtiyarına veriləcək. “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin 2019-cu il üçün tematik planında görkəmli incəsənət və elm xadimləri, həmçinin yazıçı- şairlərin həyat və yaradıcılığından bəhs edən bədii sənədli televiziya filmlərinin çəkilməsi də nəzərdə tutulur.

Son xəbərlər

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

Paraqvayın yeni prezidenti and içərək vəzifəsinin icrasına başlayıb

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Sabah yağış yağacaq, şimşək çaxacaq

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

SEPAH: Hörmüz boğazından keçməyə cəhd göstərən iki tanker minaya düşüb

Bütün xəbərlər