{category-title}

BİZİM TƏQVİM:6 iyunda baş vermiş tarixi hadisələr


1920-ci il aprelin 28-də Azərbaycanda sovet hökuməti qurulduqdan sonra ölkənin ayrı-ayrı bölgələrində bolşeviklərə qarşı müqavimət davam edirdi.

Yenixeberorg.com: Həmin il iyunun 6-da Zaqatalada yerli əhali Molla Hafiz Əfəndiyevin başçılığı ilə üsyana başladı. Lakin heç bir kömək ala bilməyən bu üsyan 11-ci Qızıl Ordu tərəfindən amansızcasına yatırıldı.

Bəs iyunun 6-da dünyada daha hansı hadisələr baş verib?

1. 6 iyun 1664-cü ildə Yeni Amsterdamın adı dəyişilərək Nyu-York olub.

2. 1761-ci ilin bu günündə böyük rus alimi Mixail Lomonosov apardığı tədqiqatlar zamanı Venera planetində atmosferin olduğunu aşkar edib.

3. 6 iyun 1850-ci ildə alman əsilli iş adamı Levi Strauss hazırda dünyada “Levi’s” adı ilə məşhur olan ilk mavi cins geyimləri hazırlayıb.

4. 6 iyun 1919-cu ildə İstanbuldakı İngiltərə Hərbi Qüvvələrinin komandiri, general Corc Miln 9-cu Ordu Müfəttişi olaraq Samsuna gedən Mustafa Kamal Paşanın geri çağırılması üçün Osmanlı Hərbi Nazirliyinə rəsmi müraciət etdi. Düz 1 il sonra həmin gün İstanbul hərbi tribunalında Mustafa Kamalla birlikdə azadlıq mübarizəsinə başlayan İsmet İnönü və Fahrettin Altay da olmaqla 8 nəfər üçün edam qərarı verildi.

5. 1944-cü il 6 iyunda İngiltərənin başçılıq etdiyi müttəfiq qoşunların Normandiyaya çıxarılması ilə Avropada ikinci cəbhə açıldı. 722 döyüş gəmisi tərəfindən müşayiət olunan 4 mindən çox gəmi Fransanın Normandiya sahilinə təxminən 1 milyon əsgər gətirdi. Məhz bu hadisə ilə İkinci Dünya Müharibəsinin gedişində əsaslı dönüş yarandı və faşist Almaniyasının məğlubiyyəti sürətləndi.

6. 6 iyun 1950-ci ildə Türkiyədə ərəb dilində azan oxunmasına qoyulan qadağa götürülüb.

7. 6 iyun 1982-ci ildə İsrail ordusu Livana hücuma başladı. 800 tank və 400 qırıcı təyyarə ilə eyni vaxtda dəstəklənən 76 min İsrail əsgəri 3 tərəfdən paytaxt Beyruta doğru irəlilədi.

8. 6 iyun 1984-cü ildə Hindistan ordusunun əsgərləri Sih inançlı insanları “Qızıl məbəd”dən çıxarmaq üçün əməliyyat təşkil etdi. Döyüşlər zamanı 400 vətəndaş və 87 əsgər həyatını itirdi.

9. 2010-cu il iyunun 6-da NASA-nın göndərdiyi “Cassini” kosmos raketi Saturnun peyki Titanda bəzi sadə həyat formulları ola biləcəyinə dair əlamətləri təyin etdi.

10. 2012-ci ilin 6 iyun tarixində günəş enerjisiylə çalışan ''Solar İmpulse'' təyyarəsi İsveçrədən Mərakeşə qədər 2500 kilometrdən uzun yolu uçdu. Bu uçuş günəş enerjisi istifadə edilərək reallaşdırılan ilk qitələrarası uçuş olaraq tarixə düşdü.

6 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. “Rusiya şeirinin günəşi” adlandırılan dahi rus şairi Aleksandr Puşkin 1799-cu ilin bu günü dünyaya gəlib. 12 yaşında liseyə daxil olub. Aleksandr Sergeyeviç Puşkin 1837-ci ildə dueldə ağır yaralanıb və bir neçə gün sonra vəfat edib. (1799-1837)

2. İndoneziyanın ictimai və dövlət xadimi Əhməd Sukarno 1901-ci il iyunun 6-da doğulub.

3. 6 iyun Ziqmund Freyd və analitik psixologiyanın banilərindən hesab edilən alman psixiatrı Karl Qustav Yunqun xatirə günüdür. O 1961-ci ilin bu günündə dünyasını dəyişib.

4. 1968-ci il iyunun 6-da Qurtuluş Savaşı komandirlərindən olan, 1924-1935-ci illər arasında Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsini icra etmiş Kazım Fikri Özalp dünyasını dəyişib. (1882-1968)

5. Monumental heykəltaraş Münəvvər Rzayeva 6 iyun 1929-cu ildə anadan olub. Qeyd edək ki, Hüseyin Cavidin məşhur abidəsinin və Nəriman Nərimanovun, Mikayıl Müşviqin və Sergey Yeseninin büstlərinin müəllifi Münəvvər Rzayevadır.

6. Bu gün görkəmli filosof və ictimai xadim Firudin bəy Köçərlinin anım günüdür. 1920-ci ilin iyun ayının 6-da vəfat edib.

7. 1951-ci ilin bu günündə görkəmli opera müğənnisi, Xalq artisti,professor Xuraman Qasımova anadan olub.

8. Xalq artisti Zəroş Həmzəyeva 6 iyun 2004-cü ildə dünyadan köçüb.(Bizim.Media)

Son xəbərlər

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Sabah yağış yağacaq, şimşək çaxacaq

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

SEPAH: Hörmüz boğazından keçməyə cəhd göstərən iki tanker minaya düşüb

FHN bayramda gücləndirilmiş rejimdə çalışacaq

Azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub

Sosial şəbəkədə böhtan və təhqirlə bağlı məhkəməyə müraciət qaydası açıqlanıb

Fatmayıda fərdi yaşayış evində partlayış olub, 2 nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında XI tura start verilir

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür

Fərid Qayıbov Aleksandr Çuprianla yanğın-xilasetmə idmanının inkişafına dair müzakirələr aparıb

Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava

Fransa parlamenti büdcə layihəsini rədd edib, hökumət misli görünməmiş tədbirlərə əl ata bilər

İran Ermənistana xəbərdarlıq edib

Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı

Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib

İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək - Eksklüziv

Bütün xəbərlər