{category-title}

“Avrasiya Hospital”ın baş direktoru ilə bağlı ilginc iddialar... - Adı MTN işi-ndə hallanıbmış...

 “Avrasiya Hospital”ın baş direktoru Asiman Həsənov yeni vəzifəyə iddialıdır.

Bu barədə AFN-i məlumatlandıran mənbənin sözlərinə görə, A.Həsənov ötən ilin sonlarında prezident fərmanı ilə yaradılmış “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) rəhbər gəlməyə hazırlaşır: “Artıq bununla bağlı qərar, demək olar ki, verilib, sadəcə rəsmiləşməsi gözlənilir”.

Xatırladaq ki, son günlərdə A.Həsənov haqda mediada yazılan neqativ yazıların müxtəlif yollarla yığışdırılmasına başlanıb. Özünü “Avrasiya Hospital”ın əməkdaşları kimi təqdim edən şəxslər hospitalın adından saytlarda guya reklam yazıları yerləşdirmək istəyirlər, proses əsnasında isə qarşı tərəf saytdan A.Həsənovla bağlı neqativ yazının götürülməsini təklif edir. Belə bir hadisə ilə AFN də üzləşib və bunu tənqid edən yazı saytımızda dərc edilib.

Xatırladaq ki, prezident İlham Əliyev ötən ilin 20 dekabrında Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb. Fərmanda qeyd edilir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (bundan sonra – TƏBİB) yaratsın və həmin publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirsin.

Fərmanla Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (bir sıra sahəvi müəssisələr istisna olmaqla) TƏBİB-in tabeliyinə verilir. Müəyyən edilir ki, TƏBİB bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq onun tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirir. Fərmana uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə münasibətdə vahid tənzimləməni İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir. TƏBİB-in saxlanması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilir. Yeni qurumun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət İdarə Heyəti həyata keçirir. TƏBİB-in İdarə Heyətinin sədrini və digər üzvlərini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəyə təyin və vəzifədən azad edir. TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin təsisçisinin səlahiyyətlərini (o cümlədən “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə uyğun olaraq publik hüquqi şəxsin nizamnaməsinin təsdiq edilməsini) TƏBİB həyata keçirir.

Göründüyü kimi, TƏBİB ölkənin səhiyyə sistemində olduqca ciddi rola malik olacaq bir qurum kimi yaradılıb və onun rəhbərliyində təmsil olunmaq hər bir səhiyyə adamının arzusu ola bilər. O cümlədən də A.Həsənovun bu arzuya düşməsini, bu istiqamətdə çabalarını normal qiymətləndiririk. Lakin bu yolda əl atılan fırıldaqların, xüsusilə media ilə münasibətlərin yalanlar üzərində qurulmasına çalışmağın qarşı tərəfə uğur gətirməyəcəyi dəqiqdir.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
 

Son xəbərlər

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

Paraqvayın yeni prezidenti and içərək vəzifəsinin icrasına başlayıb

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Sabah yağış yağacaq, şimşək çaxacaq

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

Bütün xəbərlər