{category-title}

Nazirlikdən deputatlara sərt — Cavab

 

Bu gün Əmək və Sosial Siyasət Komitəsinin iclasında deputatların səsləndirdikləri ittihamlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi reaksiya verib.

"Ölkə.Az" xəbər verir ki, Nazirlikdən  “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, özünüməşğulluq proqramının icrası çərçivəsində proqram iştirakçılarına mal və materialların verilməsi prosesi həmin vətəndaşların biznes-planlarına uyğun şəkildə aparılmaqla, bu prosesdə onların məmnunluğu prinsipinə xüsusi diqqət yetirilir:

“Əhaliyə mal və materiallar təqdim edilərkən vətəndaşların aktivlərdən məmnun olub-olmaması nəzərə alınır. Hər hansı iştirakçı razı qalmadığı halda həmin şəxsə yenidən mal və materiallar, o cümlədən, mal-qara təqdim edilir. 

Ümumilikdə, özünüməşğulluq proqramı 2018-ci ildə 6,5 dəfə genişlənib, 7896 müraciətçidən 7267 nəfəri biznes planlarını uğurla müdafiə edib. Artıq 5500-dən çox ailə aktivlərlə təmin olunaraq kiçik ailə təsərrüfatlarını yaradıb. 

Aktivlər təklif olunan minlərlə insan arasında bir neçə narazı şəxsin ola bilməsi də təbii haldır. Ötən il verilmiş aktivlərin keyfiyyəti ilə bağlı iştirakçılar arasında keçirilmiş monitorinqlər zamanı da aktivlərdən şikayət edənlərin proqram iştirakçılarının 0,4 faizini təşkil etdiyi müəyyən olunub (təqdim olunmuş 29 min baş mal-qaradan cəmi 119-u üzrə). Nazirlik həmin iştirakçıların haqlı narazılığına uyğun olaraq müvafiq tədbirlər görüb. Yəni, belə olduğu halda aktivlər yeniləri ilə əvəzlənir. Sonda vətəndaş razılıq əlaməti olaraq aktı imzalayır. Bu prosesin vətəndaşın razılığı ilə videoçəkilişi də aparılır”.

Qeyd olunub ki, proqramın icrasına, xüsusilə də podratçı şirkətlər tərəfindən aktivlərin verilməsi prosesinə nazirlik tərəfindən daimi nəzarət həyata keçirilir:

“Hər hansı araşdırma aparılmadan, əsas olmadan, bəzi şəxslərin sosial şəbəkələrdə yaydığı provokasiya xarakterli məlumatlara görə mühüm sosial-iqtisadi əhəmiyyəti olan özünüməşğulluq proqramının icrası işləri barədə mənfi rəy yaratmağa çalışmaq məsuliyyətli və peşəkar yanaşma deyil. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə göstərilən bütün xidmətlər üzrə sosial ədalət və qanunvericilik prinsipləri rəhbər tutulur”.

Son xəbərlər

"Wizz Air" reysi partlayış təhlükəsi səbəbindən Budapeştdə təcili eniş edib

Sabah Hövsan–Türkan avtomobil yolunun bir hissəsi bağlanacaq

Tbilisidə piyada körpüsündə yanğın baş verib

Hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb

Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib

Noyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib

Xəzərdəki faciə Qazaxıstan Müdafiə Nazirliyinin işində sistemli problemləri üzə çıxarıb

Media və Yayım Şurası: Dövlət başçısının səsləndirmədiyi ifadələrin rəsmi mövqeyi kimi təqdim olunması kobud dezinformasiya nümunəsidir

Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayır

Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

İranın xarici işlər naziri Türkmənistana səfər edib

Yasamalın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var

Moskva ilə Bakı arasında kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

Parisdə etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq

Sabahdan Bakı-Tbilisi-Bakı qatarında əlavə reyslərdə biletlərin qiyməti 36 AZN-dən başlayacaq

Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib

Mürsəl İbrahimov Qəbələdə vətəndaş qəbulu keçirəcək

Rusiya Xarkova PUA-larla hücum edib, 5 nəfər yaralanıb

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

Maliyyə Nazirliyi oktyabrda 5 depozit hərracı keçirib

Sülhün olması üçün Ermənistan zəruri addımlar atmalıdır

Bütün xəbərlər