{category-title}

Qazaxıstanda 12 azərbaycanlı fəhlə ac qalıb - ÜÇ AYDIR MAAŞ VERİLMİR...

 Azərbaycandan olan 12 fəhlə Qazaxıstanda üç aydır maaş almır və aclıqla mübarizə aparır. virtualaz.org qazax KİV-lərinə istinadən xəbər verir ki, onlar Qazaxıstanın sosial mənzillər tikintisinə dair “Nurlu Jer” dövlət proqramı çərçivəsində yaşayış binasının tikintisində iştirak edirlər. Məlumata görə tezliklə fəhlələr qeyri-leqal işçi statusuna düşəcəklər, çünki viza mddətləri də qurtarmaq üzrədir.

Fəhlələrdən biri Yasinəli Yasinoğlu deyir ki, o podratçı şirkətdən heç olmasa yemək almaq üçün hərəyə 1000 təngə verilməsini xahiş edib. Lakin şirkətdən deyiblər ki, pul yoxdur.

Azərbaycanlı fəhlələr deyirlər ki, onlar sonuncu dəfə ötən ilin noyabrında maaş alıblar. 12 fəhləyə cəmi 400 min təngə verilib. Bu günlərdə isə onları fəhlə vaqonlarından çölə atıblar.

“Qoy pullarımızı versinlər, biz vətənimizə gedək”-Mustafa Səfəroğlu adlı digər fəhlə deyir.

Tikintinin sifarişçisi Aktau şəhər icra hakimiyyətidir, podratçı isə “Alyans Stroy Servis-R” adlı yerli firmadır. Fəhlələri muzdla tutan podratçı vəziyyəti şərh etməkdən imtina edib. Şirkədən ancaq onu deyiblər ki, maliyyə daxil olan kimi inşaatçılar pullarını alacaqlar.

Şəhər icra hakimiyyətinin tikinti şöbəsinin rəhbəri Manqistau Koyşıqulov isə deyir ki, 2018-ci ildə tikintiyə 723 milyon təngə ayrılıb. Hakimiyyət podratçının ancaq ilin sonlarına olan vəsaitini ödəyə bilməyib. Məmur deyir ki, firma öz büdcəsini bölüşdürərəkən birinci növbədə fəhlələrin maaşını ayırıb kənara qoymalıydı. Onun sözlərinə görə, problem fevralın sonlarına qədər həll olunmalıdır. Azərbaycan vətəndaşları isə tanışlarından çörək pulu borc alır və birtəhər sağ qalmağa çalışırlar...
 

Son xəbərlər

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Sabah yağış yağacaq, şimşək çaxacaq

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

SEPAH: Hörmüz boğazından keçməyə cəhd göstərən iki tanker minaya düşüb

FHN bayramda gücləndirilmiş rejimdə çalışacaq

Azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub

Sosial şəbəkədə böhtan və təhqirlə bağlı məhkəməyə müraciət qaydası açıqlanıb

Fatmayıda fərdi yaşayış evində partlayış olub, 2 nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında XI tura start verilir

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür

Fərid Qayıbov Aleksandr Çuprianla yanğın-xilasetmə idmanının inkişafına dair müzakirələr aparıb

Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava

Fransa parlamenti büdcə layihəsini rədd edib, hökumət misli görünməmiş tədbirlərə əl ata bilər

İran Ermənistana xəbərdarlıq edib

Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı

Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib

İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək - Eksklüziv

Bütün xəbərlər