{category-title}

<!-- x-tinymce/html -->

Ermənistanın baş tutmayan planı - avroheyranlıq puç olur – ŞƏRH

 
Avropa İttifaqının (Aİ) Ermənistana vəd etdiyi milyardlarla avro, dollar yardımlar elə vəd olaraq da qalır. Bu da erməni cəmiyyətində, siyasi dairələrində ciddi məyusluğa səbəb olub.

Hakimiyyətə müxalif siyasilər, media da bu məsələni xüsusi qabartmağa, vəziyyətdən yararlanmağa çalışır. Dərc olunan materiallarda, şərhlərdə vurğulanır ki, baş nazir Nikol Paşinyan Brüsseldə keçirilmiş Ermənistan - Amerika Birləşmiş Ştatları - Avropa İttifaqı formatında görüşdə bəyan etmişdi ki, Ermənistana yaxın dörd il ərzində 270 milyon avro, yəni hər il 67,5 milyon avro qrant ayrılacaq. Lakin indi bəlli olur ki, söhbət heç də milyardlardan yox, cəmi bir neçə milyon avrodan gedir.

Xəbərlərə görə, Avropa İttifaqı Ermənistana cəmi 10 milyon avro "qeyri-hücum dəstəyi" verməyi nəzərdən keçirir. Bunun məqsədi kimi "müttəfiqlərin müdafiəsinə kömək etmək" göstərilib. "Azatutyun" radiosunun məlumatına görə, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu təklifi Aİ Şurasına təqdim edib və məsələ növbəti həftələrdə müzakirə olunmalıdır. Dəqiq müzakirə tarixi hələ məlum deyil. Təklif Aİ-nin 27 üzv ölkəsinin hamısı tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Erməni mediası və cəmiyyətində bu məsələ geniş müzakirələrə yol açıb. Məsələn, “Qolos Armenii” yazır ki, 10 milyonluq yardım xəbəri nədənsə Ermənistan hakimiyyətində və nəzarəti altında olan media resurslarında böyük ajiotaj yaratmayıb.

“Qərb oriyentasiyasını fədakarcasına müdafiə edən qüvvələr nədənsə bunu böyük və ciddi uğur kimi qələmə verməyə tələsməyiblər. Başqa vaxt olsaydı, 10 milyon avroluq yardım ölkənin müdafiə qabiliyyətinə nəhəng dəstək və Ermənistanın avrointeqrasiya yolu seçiminin düzgünlüyünün sübutu kimi təqdim edilərdi. Lakin son günlərdə qlobal geosiyasi gündəlik o qədər dəyişib ki, Kallasın jesti Ermənistanda demək olar ki, diqqətdən kənarda qalıb. Heç kim bu təşəbbüsü xilas dairəsi kimi şişirtməyə çalışmayıb, halbuki belə hallarda adətən bu cür edilir”, - müəllif yazıb.

Ermənistanın baş tutmayan planı - avroheyranlıq puç olur – ŞƏRH

Erməni cəmiyyətində 10 milyonluq yardımın geniş əks-səda doğurmamasının səbəbləri müxtəlifdir. Aİ-nin vəd edilən yüz milyonlarından söhbət belə yoxdur. Məsələ ondadır ki, Avropa İttifaqı bir neçə il əvvəl İrəvana 2,6 milyard avro həcmində daha təsirli dəstək də vəd etmişdi. Vəd etdi və unutdu. İndi isə tamamilə gülünc məbləğ təklif olunur.

Erməni nəşri yazır ki, 10 milyon avro prinsip etibarilə hökumət üçün böyük pul da deyil. Misal da çəkilir. Qeyd olunur ki, hökumət “Snup Dogg” qrupuna baş tutmayan konsert üçün 6 milyon dollar ayırır və hər kəs də bunu yaddan çıxarır. İddia olunur ki, avrointeqrasiya vektorunun piarı kontekstində Aİ-dən hətta 10 avro vədi belə Ermənistanın həyatında ən böyük hadisə kimi təqdim edilə bilərdi. Lakin yerli avrointeqratorlar bu dəfə bunu etmədilər, Kallasın təşəbbüsünü təbliğ etməyə tələsmədilər.

Ermənistanın baş tutmayan planı - avroheyranlıq puç olur – ŞƏRH

Əgər buna Ermənistan parlamentinin Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsinin ikinci oxunuşunun təxirə salması faktını da əlavə etsək, aydın olur ki, Ermənistan hakimiyyətinin nümayəndələri "avro-heyranlıq" vəziyyətindən "avro-skeptisizm" vəziyyətinə keçirlər. Bu əhvali-ruhiyyə dəyişikliyinin əsas hərəkətverici qüvvəsi isə son günlərdə Qərbdə baş verən hadisələrdir.

"Aydındır ki, bundan sonra o (Qərb) heç də kollektiv deyil. Üstəlik, Aİ-nin özü də artıq kollektiv deyil. Məsələn, bu yaxınlarda Aİ üzvü olan Macarıstan Avropa İttifaqının Ukraynaya 20 milyard avro ayırmasını bloklayıb", - nəşr yazıb.

Ermənistanda Qərb ümidlərinin puç olmasında ABŞ-də USAID-ə qarşı başlanan addımların da rolu var. Bu hal erməni "qərbçilər"ində geosiyasi məkanda oriyentasiya baxımından ciddi çətinliklər yaradır. Vaşinqton və Brüsselin aşkar uzaqlaşması Aİ-nin İrəvan üçün cəlbediciliyini xeyli azaldır. Bu fonda Kallasın Ermənistana 10 milyon avro ayırmaq təşəbbüsü İrəvanı Aİ-nin təsir dairəsinə cəlb etmək baxımından ümumiyyətlə diqqətəlayiq ola bilməz. Üstəlik, hazırkı şəraitdə Aİ-nin özünün mövcudluğu məsələsi var.

Ermənistanın baş tutmayan planı - avroheyranlıq puç olur – ŞƏRH

Bütün bunların fonunda Ermənistan parlamentinin Avropaya inteqrasiya komitəsi ölkənin Avropa İttifaqına üzvlüyü prosesinin başlanması haqqında qanun layihəsinin ikinci oxunuşda müzakirəsini təxirə salıb. Qərara əsasən, Ermənistanın Aİ-yə üzvlüyü prosesinin başlanması ilə bağlı qanun layihəsi parlament komitəsinin rəyindən asılı olmayaraq, martın 4-də deyil, martın 25-də parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq. Buna səbəb qanun layihəsinin Aİ-yə üzvlük məqsədlərinə siyasi qiymətin verildiyi preambulası olub.

Sənədin müəllifləri birinci və ikinci oxunuşlar arasındakı fasilə zamanı heç bir təklif irəli sürməyiblər. Xarici işlər nazirinin müavini Paruyr Hovannisyan isə qanun layihəsindən preambulanın çıxarılmasını təklif edib. Çox güman ki, bu, təsadüfi deyil. Paşinyan hakimiyyəti Aİ-ABŞ gərginliyi fonunda gözləmək qərarına gəlib.

Beləliklə, qeyd etmək olar ki, hazırkı mərhələdə Ermənistan və Aİ-ni ümumiyyətlə birləşdirə biləcək nəsə, demək olar ki, mövcud deyil. Əslində, artıq qaydalara əsaslanan dünya nizamı və güclü "avrodemokratiya" yoxdur. ABŞ Prezidenti Donald Trampın bəyanatları, atdığı addımlar onu deməyə əsas verir ki, Trampın bir çox məsələlərə yanaşması fərqlidir. Həm bu amil, həm də sözügedən sənədlərin ratifikasiya olunmaması onu deməyə əsas verir ki, Ermənistanın Aİ ilə yanaşı, ABŞ ilə imzaladığı sazişlər də arxa plana keçir.(Report)

Son xəbərlər

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Zakir Həsənov Pakistana başsağlığı verib

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bütün xəbərlər