{category-title}

Şavkat Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu!

Əziz qardaşım!

Sizi və Sizin vasitənizlə qardaş Azərbaycan xalqını şanlı bayramınız - Zəfər Günü münasibətilə ürəkdən təbrik etməkdən böyük məmnunluq duyuram.

Dörd il əvvəl öz xalqının sadiq oğlu, Sizin kimi dahi, vətənpərvər, mahir siyasətçi və görkəmli şəxsiyyətin rəhbərliyi ilə ölkənizin ərazi bütövlüyü tamamilə bərpa olundu və tarixi ədalət bərqərar oldu.

Bu gün Azərbaycanın azad edilmiş şəhər və kəndlərində genişmiqyaslı bərpa işləri aparılır, müasir infrastruktur obyektləri və mədəni irs məkanları yenidən qurulur, minlərlə məcburi köçkün vətəndaş doğma yurdlarına qayıdır, əhalinin yaşayış səviyyəsinin artırılmasına yönəlmiş yeni proqramlar və iqtisadi-sosial layihələr müvəffəqiyyətlə həyata keçirilir.

Bu böyük dəyişikliklərə bir neçə dəfə şahidi olmaqdan qürur duydum və rəsmi səfərlərim zamanı Sizinlə bu nailiyyətləri paylaşdım. Şübhəsiz ki, biz azad dil, tarix, adət-ənənələr və ümumi məqsədlərimizə sadiq qalaraq birgə işləyirik və strateji tərəfdaş kimi qardaş Azərbaycan dövlətinin bu böyük uğurlarına sonsuz sevinirik.

Hörmətli İlham Heydər oğlu, ölkənizin beynəlxalq arenada nüfuzunu və mövqeyini gücləndirmək istiqamətində göstərdiyiniz möhkəm siyasi iradə və sistemli səyləriniz xüsusi tərifə layiqdir.

Gələn həftə gözəl Bakı şəhərində baş tutacaq və dünyanın bütün dövlətlərini, eləcə də ən nüfuzlu beynəlxalq təşkilatları bir araya gətirən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının iştirakçılarının 29-cu Konfransı (COP29) Sizin xarici siyasət sahəsində böyük tarixi zəfərinizdir desəm, əsla mübaliğə olmaz.

Əminəm ki, bu nüfuzlu tədbirdə iqlim dəyişikliklərinə qarşı mübarizə və onların nəticələrinin azaldılması, qlobal çağırışlara cavab verən həll yollarının və gücləndirici strategiyaların təsdiqlənməsi, dünya xalqlarının “yaşıl” iqtisadiyyata keçidi ilə bağlı təşəbbüslərinin daha da güclənməsi istiqamətində böyük nailiyyətlər əldə ediləcəkdir.

Tədbir zamanı baş tutacaq yüksək səviyyəli görüşlərdə məhsuldar danışıqlarımızı, çoxtərəfli əməkdaşlıq üzrə yeni razılaşmalarımızı səbirsizliklə gözləyirəm.

Fürsətdən istifadə edərək, Sizi Zəfər Günü münasibətilə bir daha ürəkdən təbrik edir, Allahdan Sizə və bütün yaxınlarınıza möhkəm cansağlığı, ailə səadəti, Vətəninizin rifahı yolunda gördüyünüz işlərdə uğurlar arzulayıram, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, rifah və daimi inkişaf diləyirəm".

Son xəbərlər

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Zakir Həsənov Pakistana başsağlığı verib

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bütün xəbərlər