{category-title}

İran birbaşa hücuma başladı: Avropa təhlükə altında

İran tərəfindən dəstəklənən husi qiyamçılarının Qırmızı dənizdə Yunanıstana məxsus gəmini vurmasından sonra ABŞ ordusu dünən Yəmənə yeni zərbələr endirib.

Yunanıstana məxsus Malta bayrağı altında üzən yük gəmisi Yəmənin Salif limanından 76 dəniz mili şimal-qərbdə, Qırmızı dənizdə şimala doğru hərəkət edərkən raketlə vurulub. Husilərin hərbi sözçüsü Yəhya Sare də məlumat təsdiq edib. O, "Zografia" adlı gəmiyə dəniz raketlərindən istifadə edərək hücum etdiklərini bildiriblər.

Yunan mətbuatı yazır ki, "Zografia" gəmisində 24 heyət üzvü olub, gəmi Vyetnamdan İsrailə üzərkən hücuma məruz qalıb.  Gəmidə hər hansı bir yükün olmadığı bildirilir. Hücum zamanı xəsarət alan olmayıb, yalnız maddi ziyan dəyib. Gəminin hərəkətə davam etdiyi və marşrutu dəyişdiyi qeyd olunur.

Husilərə cavab verilir

Buna cavab olaraq ABŞ Yəmənə ballistik raketlərlə hücum edib. Ağ Evin sözçüsü Con Kirbi deyib ki, Amerika hücumları genişləndirmək fikrində deyil. "Husilərin hələ də düzgün seçimi etmək üçün vaxtları var, yəni bu ehtiyatsız hücumları dayandırmaq lazımdır", - o əlavə edib.

Husilər İsraillə müharibədə olan HƏMAS hərəkatı ilə həmrəylik nümayiş etdirdiklərini deyirlər. Qruplaşma Amerika və Britaniyanın Yəmənə zərbələr endirməsinə cavab olaraq hücumları ABŞ gəmilərini də əhatə edəcək şəkildə genişləndirəcəklərini açıqlayıblar.

ABŞ prezidenti Co Baydenin administrasiyası qruplaşmanın maliyyələşdirilməsini və silah təchizatını dayandırmaq məqsədilə Husi qiyamçılarını yenidən terror təşkilatları siyahısına salmağı planlaşdırır. 2021-ci ildə Bayden administrasiyası keçmiş prezident Donald Trampın qərarını ləğv edərək Husiləri terrorçuların siyahısından çıxarmışdı.

İran birbaşa hücuma başladı: Avropa təhlükə altında

Dünya iqtisadiyyatı təhlükə altında...

Husilərin noyabr ayından bəri bölgədəki gəmilərə hücumları bir çox şirkətlərə təsir edib. Dubayda yerləşən nüfuzlu "DP World" logistika şirkəti Qırmızı dənizdəki vəziyyətə görə Avropanın idxalında fasilələrin olacağını gözlədiklərini açıqlayıb.

"Asiyadan Avropaya malların daşınması dəyəri xeyli yüksək olacaq. Avropalı istehlakçılar ağrını hiss edəcəklər... Bu, inkişaf etməkdə olan iqtisadiyyatlardan daha çox inkişaf etmiş ölkələrə zərbə vuracaq”, - şirkət rəsmilərindən biri deyib. Sığorta şirkətləri də ağır yük altına düşə biləcəklərini qeyd edirlər.

İspaniyada yerləşən Fransanın şin istehsalçısı "Michelin"ə məxsus dörd fabrik bu həftə sonu yenidən hasilatı dayandırmağı planlaşdırır, buna səbəb xammalın çatdırılmasında gecikmələrin yaşanmasıdır. Sözügedən xammal Qırmızı dəniz vasitəsilə daşınır. Yaponiyanın "Nippon Yusen" gəmi operatoru Qırmızı dəniz yaxınlığındakı gəmilərinə təhlükəsiz sularda gözləməyi tapşırıb. Şirkət marşrutu dəyişməyi nəzərdən keçirir.

Böyük Britaniyanın neft şirkəti "Shell" də Qırmızı dəniz vasitəsilə bütün daşımaları qeyri-müəyyən müddətə dayandırıb.  ABŞ-ın neft şirkəti "Chevron" isə Qırmızı dəniz vasitəsilə daşıma marşrutlarını saxladığını bildirib. Rusiyaya məxsus "Sovcomflot" tanker qrupu böhranın kəskinləşəcəyi təqdirdə alternativ yolları nəzərdən keçirəcəyini bildirib.

Konteyner gəmiləri Asiyadan Avropaya ən sürətli keçid olan Qırmızı dənizə daxil olmağa çəkinir. Gəmilər ya burada dayanır, ya da yönünü dəyişir. Əksər gəmilər Cənubi Afrikanın Ümid burnu ətrafında dövrə vurmaq məcburiyyətində qalıblar.

Qeyd edək ki, dünya gəmiçiliyinin təxminən 12%-i Qırmızı dəniz vasitəsilə Süveyş kanalında keçir. Misir rəsmiləri kanaldan tranzitin dayandırılmasının "müvəqqəti" olduğunu və kanaldan keçən nəqliyyatın "normal qaydada davam etdiyini" bildirib.

İran birbaşa hücuma başladı: Avropa təhlükə altında

Region dövlətləri ABŞ-a dəstək vermir?

ABŞ-ın hücumlarına Britaniya, Avstraliya kimi ölkələr də dəstək verir. Fransa prezidenti Emmanuel Makron deyib ki, ölkəsi regional eskalasiyadan qaçmaq istədiyi üçün ABŞ-ın rəhbərlik etdiyi zərbələrə dəstək verməyəcək. Makron bildirib ki, Fransa Qırmızı dənizdə “müdafiə” yanaşmasına malikdir və bu mövqeyə sadiq qalacaq.

Avropalı diplomatlar bildiriblər ki, Avropa İttifaqına üzv dövlətlər gəmilərin qorunmasına kömək etmək üçün ən geci fevralın 19-dək dəniz missiyasının yaradılmasına dəstək veriblər.

Yəmənin vitse-prezidenti al-Zubaidi deyir kiki, Qırmızı dənizdə kommersiya nəqliyyatını qorumaq məqsədi daşıyan ABŞ-ın rəhbərlik etdiyi mövcud koalisiya zəifdir, çünki regional güc mərkəzləri olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misir koalisiyada iştirak etmir. "Bab əl-Məndəb boğazı bütün dünya və region üçün maraqlıdır, buna görə də regional müdaxilə əsasdır", - o deyib.

Qeyd edək ki, Zubaidinin təmsil olunduğu Cənub Keçid Şurası Yəməndə İranın dəstəklədiyi husilərə qarşı olan ittifaqın tərkib hissəsidir. Səudiyyə Ərəbistanının xarici işlər naziri husilərin ticarət gəmilərinə hücumları ilə Qəzzadakı müharibə arasında əlaqənin olduğunu vurğulayıb. Şahzadə Feysal bin Farhan Əl Səud deyib ki, krallığın prioriteti Qəzzada atəşkəs vasitəsilə gərginliyin azaldılmasına yol tapmaqdır.

İran birbaşa hücuma başladı: Avropa təhlükə altında

İran birbaşa hücumlara keçir

Yaxın Şərqdə Hizbullah, HƏMAS, Husi kimi qiyamçılara dəstək verən İran sön günlər birbaşa hücumlara başlayıb. Həftənin əvvəli İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İraqın şimalında yerləşən Kürdüstan bölgəsinə zərbələr endirib. SEPAH İsrailin "casus qərargahına" hücum etdiklərini bildirib. Qərb ölkələri və İraq hücumları pisləyib.

Kürdüstanın mərkəzi Ərbilin şimal-şərqində ABŞ konsulluğunun yaxınlığındakı yaşayış massivinə endirilən zərbələrlə yanaşı, SEPAH Suriyada bir sıra ballistik raketlər atdıqlarını və İŞİD də daxil olmaqla İranda terror əməliyyatlarının səbəbkarlarını məhv etdiklərini iddia ediblər.

Dünən isə SEPAH Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə zərbələr endirib. Hücum nəticəsində 2 uşaq həlak olub, 3 nəfər yaralanıb. Pakistan XİN bildirib ki, ölkənin suverenliyinin bu şəkildə pozulması tamamilə qəbuledilməzdir və ciddi nəticələrə səbəb ola bilər. (Modern) 

Son xəbərlər

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ

Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"

Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb

Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Zakir Həsənov Pakistana başsağlığı verib

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Bütün xəbərlər