{category-title}

Maşınların texniki qurğularına dair dövlət standartları qəbul edildi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ECE 39:2023 “Quraşdırılması daxil olmaqla spidometr (sürətölçən) və odometr (yürüşölçən) avadanlıqları ilə bağlı nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”, AZS ECE 28:2023 “Mühərrikli nəqliyyat vasitələrinin səsli xəbərdarlıq cihazları və səs siqnalları ilə bağlı təsdiqinə dair vahid müddəalar”, AZS ECE 104:2023 “M, N və O kateqoriyalı nəqliyyat vasitələrinin işıqqaytarıcı markalanma materialının təsdiqinə dair vahid müddəalar” dövlət standartları qəbul edilib.

AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, bu standartlar avtonəqliyyat vasitələrinə və onların qoşqularına, habelə bu cür nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş sistemlərə, komponentlərə və ayrı-ayrı texniki qurğulara, onların ümumi təhlükəsizliyinə və nəqliyyat vasitəsinin sərnişinlərinin və həssas yol iştirakçılarının mühafizəsinə dair tələbləri müəyyən etmək məqsədinə uyğun olaraq AZS 865-2016 “Quraşdırılması daxil olmaqla sürət ölçmə mexanizmi baxımından nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid göstərişlər”, AZS 866-2016 “Səsli xəbərdarlıq cihazlarının və onların səs siqnalları ilə bağlı motorlu nəqliyyat vasitələrinin təsdiqinə dair vahid müddəalar”, AZS 868-2016 “M, N və O kateqoriyalı nəqliyyat vasitələri üçün işıq qaytaran markalanmanın rəsmi təsdiqinə dair vahid göstərişlər” dövlət standartlarının əvəzinə işlənib hazırlanıb.

Standart layihələri “Yol nəqliyyatı” standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 19) rəy və təkliflər nəzərə alınmaqla müzakirə edilib və konsensus əsasında qəbul edilib.

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 121 dolları keçib

Yeni Suraxanıda qaz olmayacaq

Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ

Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"

Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb

Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Zakir Həsənov Pakistana başsağlığı verib

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Bütün xəbərlər