{category-title}

Əliyev açıqladı: Qarabağda gizlənən terrorçular kimlərdir?

Prezident İlham Əliyev Bakıda MDB ölkələrinin kəşfiyyat şeflərini qəbul edərkən Qarabağda hələ də gizlənən silahlı qrupların olduğunu açıqladı.

“Bizdə olan məlumatlara görə, hələ ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur. Sentyabrın 20-dən sonra Qarabağda hərbi təxribatlar törədildi. Ərazi kifayət qədər böyükdür, dağlıqdır, meşəlikdir, buna görə də bizə ərazini quldur birləşmələrindən tamamilə təmizləmək üçün vaxt lazım olacaq”, - Əliyev qeyd edib.

Antiter tədbirlərindən sonra Qarabağda başlanan erməni qruplaşmaların tərki-silah edilməsi prosesi hələ də davam edir. Son rəsmi məlumatda qeyd olunur ki, qanunsuz erməni silahlı birləşmələrin anbarlarından indiyə qədər 66,1 milyon döyüş sursat, 92 ədəd zirehli texnika, 142 ədəd avtomobil, 124 ədəd hava hücumundan müdafiə texnikası, 112 ədəd səhra artilleriya silahı, YARS və minaatan, 1 ədəd PUA, 7 min ədəddən çox atıcı və tank əleyhinə silah götürülüb.

Lakin proses hələ başa çatmayıb. Bunun ilkin səbəbi erməni separatçıların bölgəni böyük ölçüdə silahlaşdırmasıdır. Təhvil alınan silah-sursatın miqdarı da bunu təsdiq edir. Digər səbəb Prezident İlham Əliyevin açqlamasında ortaya çıxdı: hələ də müəyyən qruplar gizlənir;

- Qarabağda gizlənən silahlı qruplar kimlərdir?

- Bu qruplar harada gizlənirlər?

- Onların məqsədi nədir?

Əliyevin açıqlaması bu sualları da ön plana çıxardı.

Bu qruplaşmaların kimlər olduğuna dair bir neçə versiya var.

1. Erməni terror təşkilatlarının üzvləri: 44 günlük müharibədən sonra ASALA terrorçularının Qarabağa gizli şəkildə sızdığına dair məlumatlar var idi, istisna deyil ki, terrorçular hələ də gizlənirlər;

2. Adları Bakının “qara siyahısı”nda olan cinayətkarlar: o da istisna deyil ki, gizlənən qruplar I və II Qarabağ müharibəsində azərbaycanlılara qarşı qətliamlar, soyqırımlar törədən şəxslərdir;

Erməni terrorçuların gizlənə biləcəyi yerlər dağlar və meşələr, o cümlədən, işğal dövründə hazırlanmış gizli bunkerlər ola bilər. Hələ işğal dövründə bunkerlərə bir, yaxud bir neçə illik ərzağın toplandığı bəllidir.

Bu qrupların əsas məqsədi gizlənmək və bacardıqca sağ qalmaqdır. Çünki təslim olacaqları təqdirdə həbs ediləcəkləri təhlükəsi də var. Lakin mümkündür ki, gizlənən silahlı dəstələr müəyyən müddətdən sonra Azərbaycan ordusuna qarşı terror hücumlarının törədilməsini də planlaşdırırlar.

Oktyabrın 3-də Xankəndidə Azərbaycan hərbçiləri və Rusiya sülhməramlılarının birgə patruluna snayperdən açılan atəş də erməni terrorçuların hələ də gizləndiyini təsdiq edən faktlardandır.

Bölgədə davam edən təmizləmə əməliyyatında silahların təslim edilməsi prosesi həyata keçirilir, bu proses başa çatdıqdan sonra gizlənən qrupların zərərsizləşdirilməsi mərhələsinin başlanacağı gözləniləndir.(Axar.az)

Son xəbərlər

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb

UEFA Çempionlar Liqası: "Sabah"ın dörd oyunu üçün indiyədək 100 mindən çox bilet satılıb

Azərbaycan neftinin qiyməti 121 dolları keçib

Yeni Suraxanıda qaz olmayacaq

Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ

Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"

Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb

Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Zakir Həsənov Pakistana başsağlığı verib

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Bütün xəbərlər