{category-title}

Almaniya prezidentinin İlham Əliyevə zəngindəki çalarlar - TƏHLİL
Yanvarın 13-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Prezidentlərin görüşündə müzakirə edilən məsələlər:
- Regional təhlükəsizlik;
- Avropa İttifaqının vasitəçiliyi ilə aparılan Azərbaycan-Ermənistan danışıqlarının əhəmiyyəti;
- Laçın-Xankəndi yolundakı vəziyyət;
- İkitərəfli əlaqələrin perspektivi.
Almaniya Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində özünü neytral mövqedə dayanan dövlət kimi göstərsə də, ölkədəki dairələrdən Bakı əleyhinə tozanaq qaldırılması adi hal alıb.
Ancaq Azərbaycanın Cənubi Qafqaz ölkələri içərisindəki hakim mövqeyi, ölkənin Avropanın enerji, təhlükəsizlik və iqtisadi maraqları üçün getdikcə artan əhəmiyyəti Almaniyanı düşündürür. Buna görə də Almaniya özünəməxsus məsuliyyəti üzərinə götürməklə Azərbaycanla əlaqədar əlavə dəyər siyasətini formalaşdırmalıdır.
Almaniya Avropa İttifaqının gücü olaraq Azərbaycanın könlünü almaq üçün üç istiqamətdə məsafə qət etməlidir.
Birincisi, Almaniya beynəlxalq təşkilatlarda Azərbaycan-Ermənistan münasibətləri ilə əlaqədar neytrallığını qorumalı və prosesə xələl gətirə biləcək bəyanatlardan yayınmalıdır.
İkincisi, Almaniya ölkədə erməni lobbisinin əlində kuklaya çevrilən siyasətçilərin leksikonunu öz dövlət siyasətinin tərkib hissəsinə qatmamalıdır.
Üçüncüsü, Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyini həzm etməyi bacarmalıdır.
Bunlar Almaniyanın Cənubi Qafqazda sabitliyə verə biləcəyi töhfə payıdır.
Cənubi Qafqazdakı sabitlik Avropa İttifaqının Qara dəniz cinahı boyunca təhlükəsizlik prinsiplərinə birbaşa təsir edir.
Bu səbəbdən də Avropa İttifaqı Cənubi Qafqazdakı dəyişikliklərə, o cümlədən Azərbaycanın qüdrətinin artması, gündəlik formalaşdırmasına sürətlə uyğunlaşmalı və regionla bağlı ümumi siyasət hazırlamalıdır.
İttifaq həmin istiqamətlərdə mühüm addımlar atır, amma Birliyə üzv olan Fransanın və ona yaxın mövqedə duran dövlətlərin Ermənistan sevgisi Avropanın daxilində mübahisələri alovlandırır.
Bir tərəfdən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel etibarlı moderator kimi Azərbaycan-Ermənistan ali səviyyəli danışıqlarını təşkil edərkən, digər tərəfdən Fransa bu prosesi korlayan addımlara gedir.
Parisin siyasəti Avropa İttifaqının vahid yanaşmasının həyata keçməsini ləngidir, buna görə də dövriyyəyə Almaniya salınır. Çünki Berlinin mövqeyi Fransa qədər qərəzli deyil.
Şarl Mişel və Almaniya Fransanın Cənubi Qafqaz siyasətindəki avantüraya getmək istəmirlər, buna görə də mümkündür ki, Avropa İttifaqı səylərini Berlinin vasitəsilə yenidən sınamağı qərara alıb.
Ştaynmayerin Əliyevə zəngi Avropa İttifaqının Almaniyanı “Azərbaycanın nəbzini sən yoxla” təlimatına uyğun çalarlara malikdir.
Ola bilər ki, cənab Ştaynmayer Əliyevə Avropa İttifaqının moderatorluğu ilə keçirilən görüşlərin pozitiv nəticələrin əldə edilməsi üçün əhəmiyyətindən danışıb.
Avropa İttifaqı yenidən İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünü təşkil etməkdə inadkar görünür.
Azərbaycan Avropa İttifaqı formatındakı danışıqlardan qaçmır, o şərtlə ki, dialoqa avantürist maraqlar ürcah edilməsin.
Bu baxımdan Almaniya Fransanın axarına qoşulmamaq şərtilə İttifaqın qüdrətli üzvü kimi prosesi qabağa aparmaq gücünə sahibdir.
Oxu.az

Son xəbərlər

Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb

Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq

Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu - YENİLƏNİB

Şahin Mustafayev rus həmkarı ilə görüşdü

“ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident

Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb

İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"

İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik

Qaradağ rayonunda vulkan püskürüb

Rusiya Kiyevdə ofis binasına dron zərbəsi endirib, 4 nəfər ölüb

"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM

Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb

Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Ömür yollarında silinməz izlər buraxan vətən övladı- Kərim Tahirov

İnsan sağlamlığına xidmət edən, şəfa paylayan əlləri və yüksək peşəkarlığı ilə seçilən həkim: Dr. Taleh Yaqublu örnəyi

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

Bütün xəbərlər