{category-title}

Sevindik Hətəmov: Möhtərəm Prezidentimiz sevincli günləri daim xalqı ilə bölüşür

 


Sevindik Hətəmov
Salyan rayon icra hakimiyyətinin başçısı 


“2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq.” Prezident İlham Əliyev bu fikirləri ilə xalqa arxalandığını, xalqdan güc aldığını, ən əsası xalq-Prezident birliyinin sarsılmazlığını nümayiş etdirir. Xalq dövlət başçısı İlham Əliyevin irəli sürdüyü təşəbbüsləri dəstəkləyir, Azərbaycanın daha möhtəşəm uğurlara imza atacağına böyük inamla baxır.

Bugünümüzün reallıqları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin xalqa 1 oktyabr 2003-cü il tarixli müraciətində göstərilən etimadın təsdiqidir. Ümummilli Lider həmin müraciətində bildirmişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Prezident İlham Əliyev uğurlu siyasəti nəticəsində Azərbaycanı dahi şəxsiyyət Heydər Əliyevin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəltdi. Azərbaycan iqtisadi inkişafı ilə dünyanın diqqətində oldu. İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilərək ölkəmizin hərtərəfli inkişafına geniş zəmin yaratdı. İqtisadi tərəqqi ölkəmizin siyasi mövqeyinin möhkəmləndirilməsində stimulverici amil oldu. Azərbaycanın sabahına böyük inam ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmində də özünü təsdiqləyir.

Azərbaycan yeni dostlar, tərəfdaşlar qazandı, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi. Regional inkişafın aparıcı qüvvəsinə çevrilən ölkəmiz, eyni zamanda, dünyanın enerji təhlükəsizliyinin təminatçısıdır. Bütün uğurlarımızın vəhdəti əsasında 30 ilin işğalına son qoyuldu, ərazi bütövlüyümüz təmin edildi. Ulu öndər Heydər Əliyevin xalqa tarixi müraciətində cənab İlham Əliyevə inam, etimad özünü torpaqlarımızın azadlığa qovuşmasında bir daha təsdiqini tapdı.

İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Dövlətimizin siyasətində insan amilinə verilən yüksək dəyər beynəlxalq maliyyə qurumlarının hesabatlarında da yüksək dəyərləndirilir. Cənab İlham Əliyev hər bir vətəndaşının Prezidenti olduğunu atdığı addımları ilə təsdiqləyir. Bir mühüm məqamı da qeyd edək ki, Prezident daim sadə insanların yanında olur, həyatındakı əlamətdar, sevincli günləri xalqı ilə bölüşür. Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident İlham Əliyev ötən il 60 illiyini Qarabağda – mədəniyyət paytaxtımız, Azərbaycanın döyünən ürəyi Şuşada keçirdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu məkandan bir daha bildirdi: “Bu gün bir şeyə kədərlənirəm ki, atam bu günü görə bilməyib. Ancaq bilirəm ki, onun ruhu şaddır. Necə ki, Vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, azad edilmiş bu torpaqları görməyən minlərlə, on minlərlə məcburi köçkünlərin ruhu şaddır, şəhidlərimizin ruhu şaddır. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qanını aldıq və əcdadlarımızın ruhunu şad etdik".

Son xəbərlər

Rusiya Kiyevdə ofis binasına dron zərbəsi endirib, 4 nəfər ölüb

"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM

Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb

Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Ömür yollarında silinməz izlər buraxan vətən övladı- Kərim Tahirov

İnsan sağlamlığına xidmət edən, şəfa paylayan əlləri və yüksək peşəkarlığı ilə seçilən həkim: Dr. Taleh Yaqublu örnəyi

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

"Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib

Vətən sevgisi, şəhid ehtiramı: Seymur Məmmədov imzası

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb

Bütün xəbərlər