{category-title}

Bürclər bu günə nə deyir?
Qoç – hadisələrin axarı sakitlik və təmkin tələb edir. Yeni məlumatlar əldə edin, maraqlandığınız predmetlə bağlı informasiya toplayın. Dedi-qodu etməyin, qeybətə varmayın. Başqasını müzakirə edəndə sərt danışmayın.
Günün ikinci yarısı səyahət və ya uzaq səfərlər üçün deyil. Yolda xoşagəlməz hadisə baş verə bilər. Anlaşılmazlığın münaqişəyə çevrilməsinə imkan verməyin. Axşam saatlarını dostlarla keçirin. Uzun münasibətlər qura biləcəyiniz insanla qarşılaşa bilərsiniz.
Buğa – günün işlərini əvvəlcədən planlaşdırın. Mühüm olayı unutmayın. Diqqətsizlik ciddi problem yarada bilər. Sadəlövh olmayın, deyilən hər sözə inanmayın. Biznes və maliyyə məsələləri ilə bağlı müzakirələrdə huşyar olun.
Günün ikinci yarısında perspektivlərinizi bir daha dəyərləndirin. Aldığınız məlumatları müstəqil qiymətləndirin. Şübhəli məsləhətlərə inanmayın.
Alış-veriş etmək olar. Amma parfümeriya, bahalı geyim, aksessuar almağa dəyməz. Yaxınlarınızdan birini hədiyyə ilə sevindirin.
Axşam saatlarını səs-küylü məclisdə keçirməyin.
Əkizlər – ünsiyyət müsbət emosiyalar bəxş edəcək. Mübahisələr etməyin, münaqişələrdə diplomatik davranın. Yeni layihələrə başlamaq olar. Genişmiqyaslı işə start verilərsə, diqqətli davranın.
Günün ikinci yarısında bilik və bacarıqlarını nümayiş etdirmək şanslarından yararlanın. İntellektinizi göstərin. Sözlərinizə qulaq asacaqlar.
Şəxsi münasibətlərdə ciddi dəyişikliklər istisna deyil. Sevdiyiniz insan sizə görə dəyişmək istəmir. Təmasları normallaşdırmağa çalışın.
Axşam saatlarında yeni görüş, yeni tanışlıq olacaq.
Xərçəng – maliyyə məsələləri ilə diqqətlə maraqlansanız, yaxın ətrafınızdakı insanlardan birinin sizi aldatdığını, fırıldaqçılıq etdiyini görəcəksiniz. İntriqanın mərkəzinə düşəcəksiniz. Sizdən informasiya mənbəyi kimi istifadə etmək istəyəcəklər.
Günün ikinci yarısında marionetkaya çevrilməmək üçün müxtəlif fikirləri, fərqli mövqeləri dəyərləndirin, alternativləri nəzərdən keçirin. Əlavə məlumat almaq üçün bütün mövcud imkanlardan yararlanın.
Axşam saatlarına yaxın kimsə əməli və ya zahiri görünüşü ilə sizə təsir edə bilər. Stilinizi, davranış modelinizi dəyişməyin. Sakit şəraitdə qüvvənizi bərpa edin.
Şir – gün ərzində görəcəyiniz işləri əvvəlcədən nizamlayın, planlaşdırın. Mümkün qədər çox iş görməyə, bu zaman ifrat yorğunluğa düçar olmamağa çalışın. Aktiv olun, yeni tapşırıqları və sifarişləri yerinə yetirəcək potensiallı insan təsiri bağışlayın.
Əməllərinizdə ardıcıl olun. Eqoist, təşəxxüslü, ən başlıcası isə impulsiv olmayın.
Günün ikinci yarısında kəskin dəyişikliklər planlaşdırmayın. Özünüzə sadiq qalın. Başqasının təcrübəsindən yararlanın. Ətrafınızdakı insanların belə situasiyada necə hərəkətlər etdiklərini müşahidə edin.
İmici, yaşayış yerini və ya peşəkar fəaliyyət sahəsini radikal dəyişməyə dəyməz. Yaxınlarınızla təmaslarda qayğıkeş olun. Öz fikrinizi mütləq həqiqət saymayın. Ucadan danışmayın.
Qız – intuisiyanız iti olacaq, hissiyatınız artacaq. Təhlükənin gələ biləcəyi istiqaməti müəyyənləşdirməyə can atın. Alınan siqnalları qulaqardına vurmayın. Yaradıcılıqda uğurlar ola bilər. İstedadınızı göstərin.
Günün ikinci yarısı müqavilələr və maliyyə əməliyyatları üçün uğurludur.
Yaxın ətrafınız problemlərinizi müzakirə edəcək. Lakin kimsəyə imkan verməyin ki, sizə ağıl öyrətsin. Yaşam situasiyalarını ayıq müşahidə edərək qiymətləndirin.
Tərəzi – günün ilk yarısında yaxşı xəbərlər olacaq. Uzun müddət gözlədiyiniz məlumatı alacaqsınız. Başladığınız işdə və ya həll etməyə başladığınız məsələdə irəliləyəcəksiniz. Maddi rifah durumunuzu yaxşılaşdıra biləcək təklif alacaqsınız.
Günün ikinci yarısında özünüzü pis hiss etməyəcəksiniz. Yaxınlarınızla ünsiyyətə yetərincə vaxt ayırın. Axşam saatlarında açıq söhbət sevdiyiniz insanla münasibətləri yaxşılaşdırmağa imkan verəcək. Normal istirahət etməyə çalışın.
Əqrəb – uzunmüddətli planların reallaşdırılmasına başlamaq zamanıdır. Mühüm, önəmli xəbəri yolda, yaxud qeyri-adi yerdə ala bilərsiniz. Yetərincə çətin məqsədə çatmaq mümkündür. Bunun üçün qüvvəniz də var.
Günün ikinci yarısı yaxın ətrafınızdakı insanları diqqətlə müşahidə edin. Çətin zamanda bel bağlaya biləcəyiniz insanın dəstəyinə ehtiyacınız var.
Plan və ideyalarınızın heç də hamısını bəyənmirlər. Belə insanları nəyəsə inandırmağa çalışmayın. Axşam saatlarında romantik görüş sizi sevindirə bilər.
Oxatan – xatirələrə dalmaq, ötənlərlə yaşamaq zamanı deyil. Bütün işləri başa vurmağa tələsməyin. Əks təqdirdə ifrat yorğunluğa düçar ola bilərsiniz. Maraqlı insanlarla təmaslarda olun. Dəvət aldığınız tədbirdən qalmayın.
Yaxşı tanımadığınız insanlarla günün ikinci yarısında tam səmimi olmayın. Sirlərinizi açmayın. İkiüzlü, saxtakar insanlar sizi aldada bilərlər.
Müxtəlif təmaslar və əlaqələrdə, həqiqətən də, maraqlı insanla tanış ola bilərsiniz.
Axşam saatlarını evdən kənarda keçirmək məsləhətdir.
Oğlaq – hadisələrdə qəfil dönüş, maraqlı tanışlıq, yeni görüş ola bilər. Yenilikləri əxz edin, aldığınız informasiyalardan yararlanın. Çoxdan bəri müşahidə etdiyiniz insanın kim olduğunu anlamağa çalışın.
Adekvat söhbət və ya danışıqlar biznesdə yaxşı nəticələr əldə etməyə imkan verəcək.
Günün ikinci yarısında həkim yanına yollanmaq fikriniz varsa, tənbəllik etməyin. İşgüzar fəaliyyət çevrənizdə maraqlı insanla qarşılaşacaqsınız.
Axşam saatlarını evdən çox da uzaqda olmamaq şərtilə istirahətdə keçirin.
Dolça – ağır fiziki iş və ya inadkar zəhmət tələb edən sahələrdə fəaliyyət o qədər də uğurlu deyil. Mürəkkəb hesablamaların başa çatdırılmasını daha əlverişli zamanadək təxirə salın. Yeni tanışlarla ünsiyyətdə faydalı nəsnələr əldə edə bilərsiniz.
Günün ikinci yarısında qısamüddətli səfər, kiçik işgüzar ezamiyyətlər sərfəli olacaq. Əlavə gəlir mənbələri tapmağa cəhd göstərin.
Müxtəlif insanlarla ünsiyyətdə olun. Qarşı tərəfi dediklərinizə inandırmağınız gərəkdir.
Balıqlar – sözləri təhrif etməyin, intriqa və yalanlara əl atmayın. Uzun müddətdən bəri məşğul olmaq istədiyiniz işlərin ön plana çıxmaları istisna deyil. Onları yenidən ertələmək mümkün deyil.
Günün ikinci yarısı sövdələşmə, müqavilə və anlaşmalar üçün münasib deyil. İşdə rəhbərliklə, yaxud da asılı olduğunuz insanla görüşməyin. İzafi hissiyatı ifrata çatdırmayın.
Yaxınlarınız yaşam tərzini bəyənməyəcək, sizi yenə sərt tənqid edəcəklər. Ailədə münasibətlər gərginləşəcək. Mübahisə, hətta münaqişə istisna deyil.

Son xəbərlər

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Ömür yollarında silinməz izlər buraxan vətən övladı- Kərim Tahirov

İnsan sağlamlığına xidmət edən, şəfa paylayan əlləri və yüksək peşəkarlığı ilə seçilən həkim: Dr. Taleh Yaqublu örnəyi

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

"Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib

Vətən sevgisi, şəhid ehtiramı: Seymur Məmmədov imzası

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb

UEFA Çempionlar Liqası: "Sabah"ın dörd oyunu üçün indiyədək 100 mindən çox bilet satılıb

Azərbaycan neftinin qiyməti 121 dolları keçib

Yeni Suraxanıda qaz olmayacaq

Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Bütün xəbərlər