{category-title}

İlham Əliyev Ərdoğanı təbrik etdi
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.
Həktubun mətnində deyilir:
“Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
30 Avqust Zəfər Bayramının 100-cü ildönümü münasibətilə Sizə və Sizin simanızda qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.
Yüz il əvvəl Dumlupınarda Qazi Mustafa Kamal Atatürkün komandanlığı altında qazanılmış şanlı qələbə qardaş xalqınızın qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən biridir. Türkiyənin müstəqillik və istiqlaliyyət mübarizəsi salnaməsinə qızıl hərflərlə həkk olunmuş bu böyük zəfər xalqınızın sarsılmaz iradəsinin, yenilməzliyinin, birliyinin və şücaətinin bariz nümunəsidir. Vətənlərinin azadlığı və müstəqilliyi yolunda mərdlik və rəşadət göstərmiş, canlarını vermiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Möhtəşəm zəfərdən ötən bir əsr sonra bu gün qardaş Türkiyə Sizin rəhbərliyiniz ilə hərtərəfli inkişaf edən, güclü və qüdrətli bir ölkəyə çevrilmişdir. Dünyada və regionda baş verən mürəkkəb proseslərdə qətiyyətli və prinsipial mövqeyi, sülhün, haqq-ədalətin bərqərar olması üçün ardıcıl səyləri ilə Türkiyə beynəlxalq aləmdə nüfuz qazanmışdır. Ölkənizin bütün sahələrdə əldə etdiyi uğurları bizi olduqca fərəhləndirir.
Xüsusi qürur hissi ilə qeyd edə bilərik ki, “Bir millət iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının və müttəfiqliyinin dünyada bənzəri yoxdur. Dövlətlərarası münasibətlərimizin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Əminəm ki, tarixən bir-birinə dəstək və dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimizin möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da dərinləşməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Əziz Qardaşım, bu əlamətdar tarix münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Son xəbərlər

Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb

Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq

Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu - YENİLƏNİB

Şahin Mustafayev rus həmkarı ilə görüşdü

“ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident

Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb

İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"

İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik

Qaradağ rayonunda vulkan püskürüb

Rusiya Kiyevdə ofis binasına dron zərbəsi endirib, 4 nəfər ölüb

"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM

Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb

Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Ömür yollarında silinməz izlər buraxan vətən övladı- Kərim Tahirov

İnsan sağlamlığına xidmət edən, şəfa paylayan əlləri və yüksək peşəkarlığı ilə seçilən həkim: Dr. Taleh Yaqublu örnəyi

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

Bütün xəbərlər