{category-title}

Ərzaq buğdası problemi həllini tapır? - AKTUAL
Prezident İlham Əliyev “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.
Fərman qlobal ərzaq bazarında baş verən proseslər nəzərə alınmaqla mövcud resursları səfərbər etməyə imkan verən yeni tənzimləmə mexanizmlərinin yaradılması hesabına ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, habelə ərzaqlıq buğda istehsalının təşkili məqsədilə imzalanıb.
Sənədə əsasən, ilkin mərhələdə pilot layihə olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək.
Qeyd edək ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi vacib amillərdən biridir. Bu məqsədlə aqrar sahəyə dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilmsinə və beynəlxalq təcrübəyə əsaslanan yeni dəstək tədbirləri həyata keçirilməinə ehtiyac var.
Bu baxımdan yeni fərmanın ölkənin ərzaq buğdası təminatının yaşılaşdırılmasında hansı rolu olacaq? Millət vəkili Tahir Rzayev Cebhe.info-ya bildirdi ki, bu gün dünyada ərzaq təhlükəsizliyinin təmin olunması vacib bir məsələ kimi qarşıda durur:
“Nəinki dövlətlər, hətta BMT mövcud vəziyyətdən narahatdır. Dəfələrlə BMT-nin rəhbərliyi bir çox ölkələrdən, xüsusilə də Rusiya və Ukraynadan ərzaqlıq buğdanın idxalının sürətləndirilməsinin vacibliyini bildirib.
Bu gün dünyada artıq 1 milyard 600 milyona yaxın insan aclıq təhlükəsi altındadır, 8 milyondan çox insan isə hazırda aclıq çəkir. Sözsüz ki, aclıq təhlükəsizliyinin təmin olunması ilə bağlı qabaqlayıcı tədbirlər görülməlidir. Hələ bir neçə ay öncə Nazirlər Kabineti ərzaq buğdasının qiymətinin artırılması ilə bağlı qərar etdi ki, ölkədən bu məhsullar xaricə ixrac edilməməlidir.
Bununla bağlı, məhdudlaşdırıcı tədbirlər görüldü. Bugünlərdə ilin 6 aylıq yekunlarına həsr olunmuş müşavirədə də Prezident İlham Əliyev ərzaq təhlükəsizliyi ilə əlaqədar çox ciddi məsələlər qarşıya qoydu ki, biz mütləq ərzaq buğdasının istehsalını artırmalıyıq.
Qeyd etdi ki, əkilməmiş 100 min hektardan artıq torpaqda əkin aparmışıq və məhsul gözlənilir. Ölkə başçısının “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanında qeyd edilən 2023-cü ildən başlayaraq 5 il müddətinə məhsul subsidiyasının verilməsi də ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün çox vacib ciddi tədbirdir. Bu subsidiyalar veriləcəksə, ərzaq buğdasının istehsalına maraq da artmalıdır”.
Millət vəkili deyir ki, sahibkarlar bu sahədə yenidən öz işlərini quracaqlar:
“Çünki başqa məhsullara nisbətən buğda azgəlirlidir. Azərbaycan şəraitində buğda tütünə, pambığa görə o qədər rentabelli deyil. Ancaq bu gün ölkədə yaranmış vəziyyət dövlət başçısını belə bir fərmanın imzalanmasına vadar edir.
Ölkə başçısı müəyyən hesablamalar aparır ki, gələcəkdə vəziyyət ciddiləşə bilər. Ancaq statistika və proqnozlar göstərir ki, Azərbaycan ehtiyat taxıl, ərzaq buğdası, eləcə də digər məhsullarla bağlı təmin etməyə qadirdir, elə bir çətinlik gözlənilmir. Bununla yanaşı biz nə bilirik ki, sabah nə ola bilər?
Məsələn, pandemiya anidən gəldi və dünya çətiliklə üzləşdi. Bu gün dünyada ən çox taxıl istehsalçısı ölkələr müharibə edirsə, sabah ola bilsin ki, digər ölkələr bu bəlalara cəlb olundu. Ona görə də bu fərman qabaqlayıcı bir tədbirdir və alqışlanmalıdır”.

Son xəbərlər

Rusiya Kiyevdə ofis binasına dron zərbəsi endirib, 4 nəfər ölüb

"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM

Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb

Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Ömür yollarında silinməz izlər buraxan vətən övladı- Kərim Tahirov

İnsan sağlamlığına xidmət edən, şəfa paylayan əlləri və yüksək peşəkarlığı ilə seçilən həkim: Dr. Taleh Yaqublu örnəyi

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

"Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib

Vətən sevgisi, şəhid ehtiramı: Seymur Məmmədov imzası

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb

Bütün xəbərlər