{category-title}

DYP-dən sürücülərə XƏBƏRDARLIQ

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi mayın 15-də keçiriləcək “Bakı Marafonu - 2022” ilə bağlı avtomobil sahiblərinə, sürücülərə və paytaxt sakinlərinə müraciət edib.

İdarədən daxil olan müraciətdə deyilir:

“Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu - 2022”nin keçirilməsi nəzərdə tutulub.

Belə ki, 15 may saat 2022-ci il tarixində saat 10:00-dan paytaxtın Bayraq Meydanından marafona start veriləcək. “Küləyə qalib gəl” şüarı altında 10 mindən çox iştirakçı 21 km-dək yürüş edəcəklər. Yürüş zamanı təhlükəsizliyi təmin etmək məqsədi ilə tədbir tam başa çatanadək qeyd olunan marşrut üzrə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

Yürüş Bayraq Meydanından Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi, yəni Xaqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov - A.Cəlilov küçələrinin kəsişməsindən Cavanşir körpüsü, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Z.Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, “Azneft” dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, “Bakı Kristal Zalı” yanından Bayraq Meydanına finiş nəzərdə tutulub.

Keçirilən tədbirin əhəmiyyətini, iştirakçıların rahat və fasiləsiz yürüşünün təşkil edilməsi məqsədi ilə xahiş edilir ki, bu istiqamətlərə doğru bütün növ nəqliyyat vasitələrinin hərəkətinin mümkünsüzlüyünü nəzərə alıb, alternativ variantlara əvvəlcədən üstünlük versinlər”.

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 121 dolları keçib

Yeni Suraxanıda qaz olmayacaq

Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ

Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"

Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb

Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Zakir Həsənov Pakistana başsağlığı verib

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Bütün xəbərlər