{category-title}

DTX rəisi BQXK-nin vitse-prezidenti ilə görüşdü

 


Oktyabrın 19-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Jil Karbonyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib..

DTX-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə BQXK ilə ölkəmiz arasında mövcud əlaqələr, təşkilatın humanitar missiyasının həyata keçirilməsi ilə bağlı qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.

General-polkovnik Əli Nağıyev Birinci və İkinci Qarabağ müharibələrində itkin düşən vətəndaşlarımızın tapılması məsələsinə toxunaraq BQKX-nin bu istiqamətdə bundan sonra da fəal rol oynayacağına və mühüm töhfələr verəcəyinə ümidvar olduğunu bildirmişdir. Həmçinin regionda hökm sürən yeni reallıqlar nəzərə alınmaqla BQKX-nin nümayəndələrinin Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan bölgələrə səfərlərinin Ermənistanın deyil, yalnız respublikamızın ərazisindən istifadə edilməklə mümkünlüyü nəzərə çatdırılıb.

Bundan əlavə, söhbət əsnasında Yaxın Şərq bölgəsindən, xüsusən də Suriya və İraqdan Azərbaycan əsilli vətəndaşların və onların ailə üzvlərinin ölkəyə qaytarılması mövzusu da geniş müzakirə olunub.

BQKX-nin vitse-prezidenti Jil Karbonye Azərbaycan hökuməti ilə faydalı əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə etmiş, qeyd olunan məsələlərin həlli istiqamətində birgə səmərəli fəaliyyətin davam edəcəyinə əminliyini bildirib.

Son xəbərlər

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib

Azərbaycanda Anım Günüdür

Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb

Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq

Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu - YENİLƏNİB

Şahin Mustafayev rus həmkarı ilə görüşdü

“ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident

Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb

İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"

İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik

Qaradağ rayonunda vulkan püskürüb

Rusiya Kiyevdə ofis binasına dron zərbəsi endirib, 4 nəfər ölüb

"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM

Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb

Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Ömür yollarında silinməz izlər buraxan vətən övladı- Kərim Tahirov

İnsan sağlamlığına xidmət edən, şəfa paylayan əlləri və yüksək peşəkarlığı ilə seçilən həkim: Dr. Taleh Yaqublu örnəyi

Bütün xəbərlər