{category-title}

Azərbaycanda 5 min üzvü olmayan partiyalar LƏĞV OLUNUR

 



Ölkənin siyasi arenasında ciddi dəyişikliklərin edilməsi planlaşdırılır. Bunun üçün öncə qanunvericilik bazasının dəyişdiriləcəyi bildirilir.

Unikal.org-a daxil olan məlumata görə, əsas məqsəd siyasi partiyaların fəaliyyətini gücləndirmək və siyasi prosesləri aktivləşdirməkdir. Bu səbəbdən də  “Siyasi partiyalar haqqında” Qanuna dəyişiklik edilməzi nəzərdə tutulur. Əsas dəyişikliklərdən biri partiyaların qeydə alınmasında üzvlərin sayı məsələsidir. 
Məlumat üçün bildirək ki, “Siyasi partiyalar haqqında” Qanunda qeyd olunur ki, siyasi partiyanın qeydə alınması üçün Azərbaycan Respublikasının azı 1000 vətəndaşı onun üzvü olmalıdır. Dəyişiklikdə isə bu rəqəmin 5 minə qaldırılması nəzərdə tutulub. Qanuna edilən dəyişiklikdən sonra partiyaların yenidən qeydiyyat məsələsi gündəmə gələcək. Bu isə üzvlərinin sayı 5 mindən az olan partiyaların ləğv olunması, ya da bir neçəsinin birləşdirilməsinə səbəb olacaq.
Artıq bununla bağlı əksər siyasi partiyaların rəhbərliyinə məlumat verilib. Hətta bəzi üzvlərinin sayı az olan partiyalar birləşmək barədə də müzakirəyə başlayıb. 
Xatırladaq ki, hazırda Azərbaycanda 56 qeydiyyatdan keçmiş partiya var. Yeni dəyişiklikdən sonra partiyaların sayının yarıya qədər endiriləcəyi gözlənilir. 
Qeyd edək ki, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Yurddaş Partiyası və Milli Qurtuluş Partiyası Yeni Azərbaycan Partiyasına (YAP) qoşulublar.

Son xəbərlər

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

"Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib

Vətən sevgisi, şəhid ehtiramı: Seymur Məmmədov imzası

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb

UEFA Çempionlar Liqası: "Sabah"ın dörd oyunu üçün indiyədək 100 mindən çox bilet satılıb

Azərbaycan neftinin qiyməti 121 dolları keçib

Yeni Suraxanıda qaz olmayacaq

Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ

Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"

Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb

Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

Bütün xəbərlər