{category-title}

 

Azərbaycansayağı kredit riski: Bank da çəkinir, vətəndaş da - NƏ ETMƏLİ?

 


Bankların uzunmüddətli kredit verməkdə niyə maraqlı olmadığı məlum olub. Belə ki, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun dediyinə görə, bank sektorunun öz resursları qısamüddətlidir.

“Onlar qısamüddətli resursları ilə uzunmüddətli öhdəlikləri və kreditləri maliyyələşdirmək məcburiyyətindədir ki, bu da riskli proses hesab olunur. Biz bu riskləri ölçürük və banklarla bu prosesi tənzimləməyə çalışırıq. Bu gün iqtisadiyyatda, bütövlükdə bank sektorunda linkvidlik səviyyəsi onları normadan iki dəfə çox üstələyir. 30 faiz əvəzinə bu gün 63-64 səviyyəsindədir. Bu vəsaitlər dəyəri olan vəsaitlərdir. Bazarda formalaşmış əhalinin və hüquqi şəxslərin depozitlərdir”, - deyə AMB sədri bildirib.

Bu arada onu da qeyd edək ki, Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb. Belə ki, uçot dərəcəsi 6,25 faizdir. Faiz dəhlizinin aşağı həddi 5.75, yuxarı həddi 6.75 faiz nisbətində müəyyən edilib. Bu isə o deməkdir ki, depozit hərraclarında faizlər aşağı olacaq.

Faiz dəhlizinin yuxarı həddinin 6.75 faiz nisbətində saxlanılması isə qurumun banklara aşağı faizlə borc verməyi düşünmədiyini göstərir. Həmçinin yuxarı həddin azaldılmaması kommersiya banklarının əhalidən cəlb etdiyi əmanət, depozit faizlərini yüksək səviyyədə saxlamasına səbəb olacaq. Bu da onu göstərir ki, bankların linkvidlik, xüsusilə də manat vəsaitlərinə ehtiyacı yüksəkdir.

Mövzunu AYNA-ya şərh edən iqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, banklar risklərdən sığortalanmaq üçün bir neçə istiqamətdə startegiya müəyyənləşdirib: “Onlardan biri də mövcud aktivlərlə-passsivlərin müddətinin uyğunlaşdırılması məsələsidir. Yəni əgər onun cəlb etdiyi vəsaitlər qısamüddətlidirsə, həmin vəsaitlərin yerləşdirilməsi də qısa dövrü əhatə edir. Əks halda bank geri qaytarma öhdəliyi yarandığı anda öz funksiya və öhdəliyini yerinə yetirə bilmir. Bu isə bank üçün qəbuledilməzdir. Bu baxımdan da əksər hallarda banklar məhz bu məqamları nəzərə alır”.

“Azərbaycanda risklərin uzunmüddətli dövrdə proqnozlaşdırılması mümkün deyil. İqtisadiyyat kifayət qədər ciddi şəkildə neftdən asılıdır. Bu, təbii ki, iqtisadi subyektlərin kredit qaytarma qabiliyyətinə birbaşa təsir göstərir. Eyni zamanda manatın məzənnəsinin sabit olması, bazarla uzlaşmaması, nə zaman manatın məzənnəsinin dəyişəcəyi ilə bağlı əvvəlcədən proqnozlaşdırmanın aparıla bilməməsi kimi məsələlər bütün tərəflərdə, o cümlədən banklarda müəyyən narahatlıqlar doğurur. Ona görə də banklar əksər hallarda yalnız dövlət vəsaitləri hesabına maliyyələşdirilən proqramlar çərçivəsində uzunmüddətli kreditlər təklif edir. Məsələn, ipoteka kreditləri, Sahibkarlığın İnkişafı Fonduna vəsaitlərin yerləşdirilməsi - hansı ki, həmin vəsaitlər onlara məxsus deyil və eyni zamanda vəsaitin sahibi uzun müddət zaman tanıyır. Amma digər mənbələrdən cəlb etdiyi vəsaitləri bu şəkildə risk qarşısında qoymaqdan çəkinirlər. Bunun özü də müəyyən qədər başadüşüləndir”, - deyə mütəxəssis vurğulayıb.

O, digər məqama da diqqət çəkib: “Bu, ondan ibarətdir ki, əslində kreditorların özləri də vəsaitləri banklarda uzunmüddətli dövrdə yerləşdirmirlər. Nə üçün? Çünki onlar da məsələləri bənzər formada düşünürlər. Məsələn, bir azərbaycanlı ən yaxşı halda öz əmanətlərini banklarda 3-6 aya yerləşdirir. Çünki 2015-ci ildən sonra çox ciddi məzənnə riski var. Bildiyimiz kimi, mövcud qanunvericiliyə görə, əmanətlərin yerləşdirildiyi zamandan tez geri çəkilməsi əvvəlki dövrlərə hesablanmış faizlərin itirilməsinə gətirib çıxarır. Bu məqamı, riski nəzərə alaraq, vətəndaşlar daha çox qısamüddətli əmanətlərin yerləşdirilməsində maraqlıdırlar ki, hər hansı bir situasiya ortaya çıxdıqda tez bir zamanda vəsaitləri geri çəkib, onu valyutaya çevirsinlər. Bu, daha çox manatla olan əmanətlərdə hiss olunur”.

“Yəni bütün bu şərtlər bugünkü konkyukturu formalaşdırır və hökumətin orta və uzunmüddətli dövrdə strategiyanı müəyyənləşdirməsi, orta və uzunmüddətli dövr üçün bazara məzənnəylə, maliyyə dayanıqlığı ilə bağlı konkret mesajlar verməsi də müəyyən qədər bu istiqamətdə vəziyyətin yumşaldılmasına təsir göstərə bilər. Ən azından banklar öz fəaliyyətlərini orta və uzunmüddətli dövrdə məzənnə siyasətinə uyğunlaşdıra bilər. Amma bu olmadığı və yalnız qısamüddətli dövr üçün perspektivlər açıqlandığı təqdirdə, bu konyukturun dəyişdirilməsi mümkün olmayacaq”, - deyə Həsənov fikrini yekunlaşdırıb.

Son xəbərlər

Rusiya Kiyevdə ofis binasına dron zərbəsi endirib, 4 nəfər ölüb

"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM

Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb

Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Ömür yollarında silinməz izlər buraxan vətən övladı- Kərim Tahirov

İnsan sağlamlığına xidmət edən, şəfa paylayan əlləri və yüksək peşəkarlığı ilə seçilən həkim: Dr. Taleh Yaqublu örnəyi

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

"Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib

Vətən sevgisi, şəhid ehtiramı: Seymur Məmmədov imzası

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb

Bütün xəbərlər