{category-title}

Azərbaycanda internet məhdudiyyəti ləğv olunub? - RƏSMİ AÇIQLAMA

 Bu gün sosial şəbəkələrdə ölkə üzrə internetin verilməsinə tətbiq edilmiş məhdudiyyətin ləğvi ilə bağlı məlumatlar yayılıb.
Bildirilib ki, artıq heç bir məhdudiyyət yoxdur. 

Məsələ barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxladıq.

Qurumun mətbuat katibi Günel Gözəlova Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycan ərazisində internet var, sadəcə, Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması üçün məhdudiyyət tətbiq edilib:
“Hələlik bu məhdudiyyətin ləğvinə dair yeni qərar yoxdur. Əgər belə bir qərar olarsa, mütləq nazirlik tərəfindən ictimaiyyətə məlumat veriləcək”.
G.Gözəlova qeyd edib ki, sentyabr ayının 27-dən ölkə üzrə kiberhücumların sayı adi günlərlə müqayisədə, beş-altı dəfə artıb:
“Xarici ölkələrdən daxil olan zənglər, veb-kameraların sındırılması, router və modemlərə kütləvi hücumlar, xəbər saytlarına olan hücumlar, sosial şəbəkə hesablarının saxtalaşdırlıması, fişinq hücumları.
Göstəricilərin 21 faizi sosial şəbəkə hesablarının ələ keçirilməsi, 25 faizi internet informasiya ehtiyatlarında qanunla qadağan edilmiş informasiyanın yerləşdirilməsi ilə bağlıdır. Ölkə xaricindən Azərbaycana qarşı kiberhücumların qarşısını almaq üçün ən yaxşı metodlardan biri internetin sürətinin zəiflədilməsi, bir çox hallarda məhdudiyyətlərin tətbiq olunmasıdır.
Əks halda, düşmən tərəfi kiberhücum edərək, Azərbaycanın infrastrukturuna zərər vura, internet vasitəsilə müəyyən informasiyaların oğurlanmasına nail ola bilər. Bu baxımdan, bütün dünyada hərbi əməliyyatların getdiyi vaxtda internet məhdudlaşdırılır”.

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 121 dolları keçib

Yeni Suraxanıda qaz olmayacaq

Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ

Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"

Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb

Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Zakir Həsənov Pakistana başsağlığı verib

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Bütün xəbərlər