{category-title}

 

Həmin gün Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildi, başqa sözlə – Azərbaycanın birinci şəxsi oldu.

1969-cu ildə bütün sosial-iqtisadi göstəricilərə görə 15 ittifaq respublikası arasında axırıncı yerlərdə olan Azərbaycan bu dövrdən başlayaraq, qısa zaman kəsiyində Heydər Əliyevin rəhbərliyi altında geriliyi aradan qaldırdı və yüksək sosial-iqtisadi inkişafa nail oldu. Xüsusi vurğulanmalıdır ki, harada olmasından və tutduğu vəzifəsindən asılı olmayaraq, daima Vətəninə, canından çox sevdiyi Azərbaycanına, xalqına, torpağına bağlı olan böyük Azərbaycan oğlu Heydər Əliyev cəmi 13 il ərzində geridə qalmış, aqrar-xammal ölkəsini hazır məhsullar istehsal edən və 65 ölkəyə 350 adda məhsul ixrac edən sənaye respublikasına çevirdi. Bu dövr ərzində Azərbaycan iqtisadiyyatının, xüsusilə sənayenin maşınqayırma və əlvan metallurgiya, energetika, hasilat və emaledici sənaye infrastrukturu, kənd təsərrüfatı, sosial sahələr, xüsusilə elm, təhsil və mədəniyyətin inkişafında böyük nailiyyətlər əldə olundu. Nəticədə, 1982-ci ildə Azərbaycan 15 respublika arasında aparıcı mövqelərə yüksələrək özünü tam təmin edən üç respublikadan birinə çevrildi.

SSRİ kimi fövqəldövlətin tərkibində, formal müstəqillik şəraitində Azərbaycanın bütün bu nailiyyətləri məhz Heydər Əliyev fenomeni ilə bağlıdır.

Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbərliyi dövründə respublikada yaratdığı iqtisadi potensial müstəqilliyimizin bərpasından sonra müstəqil Azərbaycan Respublikasının iqtisadi inkişafı üçün də ciddi zəmin və təməllər yaratdı. Dahi rəhbərin bu dövrdə Azərbaycan üçün gördüyü işləri və həyata keçirdiyi planları bir daha nəzərdən keçirdikdə əmin olursan ki, Heydər Əliyev hər zaman Azərbaycanın müstəqilliyi arzusu ilə yaşayıb və bütün bu işləri onun nə vaxtsa müstəqil dövlət olacağı dövrə hədəfləyirdi. Bəlkə də, Heydər Əliyev 1969-1982 illərdə Azərbaycana rəhbərlik etməsəydi, ölkədə yuxarıda qeyd olunan iqtisadi potensialı formalaşdırmasaydı əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan müstəqillik dövründə şahidi olduğumuz sürətli inkişafa nail ola bilməzdi. Bu barədə onun dahiyanə uzaqgörənliklə dediyi sözləri bir daha yada salmaq çox düzgün olardı:“... bu gün bu cəsarətli addımları atmaq üçün görürsünüz, keçmiş illərdə nə qədər böyük işlər aparılıbdır... Bu gün sizə bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır”.

Heydər Əliyevin böyük əməyi sayəsində həyata keçirilmiş kompleks irimiqyaslı dəyişikliklər və ictimai-iqtisadi islahatlar nəticəsində 1969-1982-ci illər Sovet Azərbaycanının inkişaf tarixinin ən parlaq səhifələrini təşkil edərək yaddaşlara əbədi həkk olunmuşdur. Bu dövrdən başlanan iqtisadi inkişaf, milli-mənəvi dirçəliş, milli özünüdərk və milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı müstəqil dövlətçilik ideyalarının milli azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsində mühüm zəmin oldu. Səksəninci illərin sonu doxsanıncı illərin əvvəllərində müstəqillik uğrunda mübarizənin güclənməsi Heydər Əliyevin rəhbərliyinin birinci mərhələsində əldə edilmiş iqtisadi yüksəliş, milli mübarizlik, azadlıq və müstəqillik ruhunun təşəkkülü nəticəsində mümkün oldu.

 

Şəmsəddin Hacıyev

Son xəbərlər

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

"Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib

Vətən sevgisi, şəhid ehtiramı: Seymur Məmmədov imzası

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb

UEFA Çempionlar Liqası: "Sabah"ın dörd oyunu üçün indiyədək 100 mindən çox bilet satılıb

Azərbaycan neftinin qiyməti 121 dolları keçib

Yeni Suraxanıda qaz olmayacaq

Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ

Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"

Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb

Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

Bütün xəbərlər