{category-title}

Həftəsonu fərdi avtomobillərin və taksilərin fəaliyyətinə icazə verilir? - RƏSMİ AÇIQLAMA

 

Xəbər verdiyimiz kimi, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.

Nazirlər Kabineti yanından Operativ Qərargahdan verilən məlumata görə, 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır. Eyni zamanda süsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır (4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək; 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək).

Qərar ictimai nəqliyyatın fəaliyytinə şamil olunsa da, vətəndaşlar həftəsonu fərdi nəqliyyat vasitələrindən və ya taksilərin fəaliyyətindən istifadə edib-edə bilməyəcəkləri ilə bağlı narahat olub.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə əlaqə saxlayıb. K.Əliyev e-huquq.az-a açıqlamasında bildirib ki, Nazirlər Kabineti Operativ Qərargahın tətbiq etdiyi qadağalar ictimai nəqliyyatla bağlıdır və taksilərin fəaliyyətinə tətbiq olunmayacaq.

Şöbə rəisi həmçinin, maşında tək olan sürücünün tibbi maskadan istifadəsinin məcburi olub-olmaması barədə sualı da cavablandırıb. K.Əliyev qeyd edib ki, şəxsi maşında maskanın taxılması məcburi deyil və inzibati məsuliyyət yaratmır.

"Ailə üzvləri ilə birgə olanların da maska taxmasının bir əhəmiyyəti yoxdur. Çünki onlar bir evdə yaşayanlardır. Onların bir-birini yoluxdurmaq ehtimalı nə qədər yüksəkdirsə, bir o qədər də sıfıra bərabərdir. Yəni, əgər yoluxmayıblarsa. Amma kənar şəxslər olduqda, sürücü özü məsuliyyətli olmalıdır. Düşünməlidir ki, bu, mənim iş yoldaşımdır, qonşumdur və ya qohumumdur, mən onu yoluxdura bilərəm, yaxud o məni yoluxdura bilər. İnsan özü bunu düşünüb maskadan istifadə etməlidir. Bu, artıq sosial izolyasiya məsafəsinin pozulmasıdır", - deyə K.Əliyev qeyd edib.

Son xəbərlər

Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb

Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq

Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu - YENİLƏNİB

Şahin Mustafayev rus həmkarı ilə görüşdü

“ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident

Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb

İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"

İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik

Qaradağ rayonunda vulkan püskürüb

Rusiya Kiyevdə ofis binasına dron zərbəsi endirib, 4 nəfər ölüb

"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM

Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb

Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Ömür yollarında silinməz izlər buraxan vətən övladı- Kərim Tahirov

İnsan sağlamlığına xidmət edən, şəfa paylayan əlləri və yüksək peşəkarlığı ilə seçilən həkim: Dr. Taleh Yaqublu örnəyi

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

Bütün xəbərlər