{category-title}

Sürücülük vəsiqələri ilə bağlı qərar dəyişdi - RƏSMİ

 Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar əhalinin yalnız müstəsna hallarda yaşayış yerini tərk etmələrinə icazə verilməsi nəzərə alınaraq sürücülük vəsiqəsinin etibarlılıq müddətinin bitməsi karantin rejimi dövrünə təsadüf etmiş şəxslərin nəqliyyat vasitələrini idarə edərkən yol verdikləri qayda pozuntularının xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildiyi hallarda həmin vəsiqələrdən istifadəyə görə məsuliyyətə cəlb edilməyəcəkləri barədə məlumat yayıb.
 
BDYPİ-dən  verilən məlumata görə, lakin 27.04.2020-ci il tarixdən etibarən "ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla müvafiq sənədlərin alınması və ya dəyişdirilməsi ilə bağlı vətəndaşların qəbulunun həyata keçirilməsinə başlanılmasını, habelə giriş-çıxışına məhdudiyyət tətbiq edilmiş rayon və şəhərlərin ərazilərində yerləşən "ASAN xidmət" mərkəzlərinə gedə bilməyən şəxslər üçün DİN Baş DYP İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün müvafiq şərait yaradılmasını nəzərə alaraq, sürücülərin diqqətinə çatdırılır ki, 31.05.2020-ci il tarixdən etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri ilə nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmiş müddət bitmiş hesab olunacaq.
 
Bu səbəbdən sürücülər qeyd olunan vaxtadək etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələrini dəyişməli və ya həmin sürücülük vəsiqələri ilə nəqliyyat vasitələrini idarə etməməlidirlər.

Son xəbərlər

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ

Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"

Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb

Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Zakir Həsənov Pakistana başsağlığı verib

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Bütün xəbərlər