{category-title}

Necə edək ki, karantin rejimi yenidən sərtləşdirilməsin?

 

 

Azərbaycanda koronavirus pandemiyasına qarşı dövlətin həyata keçirdiyi tədbirlər sayəsində virusun yoluxma sayı azalıb.
Digər ölkələrlə müqayisədə ölkəmiz bu prosesdə böyük nailiyyətlər əldə edib. Lakin bu nəticələr növbəti günlərdə edilə biləcək laqeydlik və karantin qaydalarına əməl olunmaması nəticəsində yenidən mənfiyə doğru dəyişə bilər.
Hazırda Azərbaycanda karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım ola bilər. Əhali bilməlidir ki, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən hamının sosial məsuliyyətdən irəli gələrək hər bir zaman mövcud qaydalar və şəxsi gigiyena, zəruri profilaktik qaydalara əməl etməsi vacibdir.


Bunun ilk siqnalını ölkə Prezidenti İlham Əliyev aprelin 24-də Sumqayıt şəhərində sakinlərlə görüşündə bildirib. Prezident qeyd edib ki, karantin müddətində daim monitorinq aparılacaq:

“Əgər bu yumşalmadan sonra görsək ki, vəziyyət mənfi istiqamətə gedir, məcbur olub yenə də sərtləşdirəcəyik. Ona görə bir daha demək istəyirəm ki, əsas məsələ vətəndaşların sağlamlığıdır, onların həyatıdır”.
Artıq hökumət mütəxəssislərin rəyi əsasında bununla bağlı yekdil qərara gəlib. Baş Nazir Əli Əsədov Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında bildirib ki, yoluxma halları təkrar artacağı halda Nazirlər Kabineti yayında Operativ Qərargah xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi haqqında qərar qəbul edə bilər.

Azərbaycanda koronavirusun müayinəsi və müalicəsini həyata keçirən qurum, TƏBİB də növbəti atılacaq addımlara ehtiyatla yanaşmağı təklif edir. Qurumun rəhbəri Ramin Bayramlı brifinq zamanı qeyd edib ki, karantin tədbirlərinin tam aradan qaldırılması ilə ikinci dalğanın qayıtması, virusun yayılması baş verə bilər:

“Karantin rejiminin tətbiqi nəticəsində əldə olunan nailiyyətlər qətiyyən laqeydlik yaratmamalıdır. Vaksinasiya problemi həll edilməyənədək virusun əhali arasında yayılma riski böyükdür. Vaksinasiyanın bir il ərzində tapılması proqnozlarını nəzərə almalıyıq”.

Xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zəruridir. Amma epidemioloji vəziyyət tələb edərsə, karantin rejimi yenidən sərtləşdirilə, müvafiq məhdudiyyətlər yenidən tətbiq oluna bilər. Vətəndaşlar bilməlidir ki, xəstəliyə yoluxma surəti çoxalarsa, hər an məhdudiyyətlər gücləndirilə bilər.

Bu səbəbdən indiki vəziyyətdə hər şey insanlara bağlıdır. Yəni məhdudiyyətlər götürülsə belə, insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları çoxala bilər.

Koronavirus və onunla mübarizə üçün tətbiq edilən xüsusi karantin rejimi fərdi insanlarla yanaşı sahibkarların da gündəlik iş rejiminə, biznes fəaliyyətinə zərər vurub. İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu günə kimi aparılan siyasət nəticəsində aprelin 27-də bəzi yumşaldılmalar olsa da, növbəti günlərdə əhalinin qaydalara əməl etməməsi vəziyyətin daha da pisləşməsi və zərərin miqdarının böyüməsi ilə nəticələnə bilər:

“Xüsusi rejimli karantin şəraitində məhdudiyyətlərin bir qisminin yumşaldılacağı dövrdə hər bir sahibkar başa düşməlidir ki, pandemiya uzun müddət sürə bilər və bu müddət insanların davranışından daha çox asılıdır. Həlledici amil isə, fərdi gigiyena və sosial məsafənin qorunmasıdır. Sahibkarlar iqtisadiyyatın aidiyyəti sektoru üçün səciyyəvi olan sanitar-gigiyena qaydalarına ciddi əməl olunmasını təmin etməlidir. Yeni iqtisadi şərait özünəməxsus davranış qaydaları tələb edir. Biznesin davamlı fəaliyyəti və gəlirlərin stabilliyi də məhz yeni iqtisadi həyat tərzinə uyğunlaşmadan asılı olacaq. Bu qaydalara əməl edilməsə, yenidən ciddi karantin şərtlərinin tətbiqi qaçılmaz olacaq. Bu da öz növbəsində, sahibkarların yenidən iqtisadi itkilərlə üzləşməsi, külli miqdarda maddi zərər və ya müflisləşmə ilə nəticələnə bilər”.


Məhdudiyyələrin bir qismi aradan qaldırılsa da, virusa yoluxma sürətinin qarşısını almaq üçün ölkədə kütləvi tədbirlərin keçirilməsi yenə də təxirə salınmalı və əhali də pandemiya şəraitində kütləvi toplaşma hallarına yol verməməlidir.

Son xəbərlər

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

Paraqvayın yeni prezidenti and içərək vəzifəsinin icrasına başlayıb

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Sabah yağış yağacaq, şimşək çaxacaq

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

Bütün xəbərlər