{category-title}

 

 

 

Salyan rayonunda koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq sakinlər arasında maarifləndirici söhbətlər aparılır, dezinfeksiya işləri və karantin tədbirləri planlı şəkildə, ciddi nəzarət altında həyata keçirilir.
     Rayon ərazisində aparılan müvafiq profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə hər gün idarə və müəssisələrin inzibati binalarında, ictimai yaşayış yerlərində, binaların giriş blokları və pilləkənlərində, ümumilikdə bütün ictimai yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır. Küçələr gündə 2 dəfə olmaqla, gecə və səhər saatlarında xüsusi ayrılmış avtomobillərlə dezinfeksiya olunur. Qeyd edək ki, dezinfeksiya işlərinin fasiləsiz həyata keçirilməsi üçün 150-dən çox canlı qüvvə və lazımi avadanlıq ayrılmışdır.
     RİH tərəfindən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, yaşı 65 və ondan yuxarı olan şəxslərin evdən çıxmasına qoyulan qadağa nəzərə alınaraq 10 ədəd mobil qrup yaradılmışdır. Qrup üzvləri hər gün tənha yaşayan 65 yaşdan yuxarı insanlarla əlaqə saxlayaraq, onların ehtiyaclarını öyrənir və qrupların işinə cəlb olunmuş 20 nəfər könüllü vasitəsilə onların ərzaq, dərman və digər ehtiyaclarının ödənməsində köməklik göstərirlər.
     Bununla yanaşı Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış 10 mobil qrup əhali arasında maarifləndirmə - izahat işlərini davam etdirir. Rayonun bütün yaşayış məntəqələrində fəaliyyət göstərən mobil qruplar Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini mütəmadi olaraq əhalinin diqqətinə çatdırır, onlara şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid şəraitinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaları barədə məlumatlar verirlər.
     Ölkə ərazisində koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı mübarizə RPŞ tərəfindən də davam etdirilir. RPŞ-nin əməkdaşları mütəmadi olaraq səsgücləndiricilər vasitəsilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verir, küçə və prospektlərdə gəzən insanlarla profikatiki söhbətlər apararaq, onların çölə çıxmamaları izah olunur və yaşadıqları ünvanlara qayıtmaları tövsiyyə  olunur.
     Salyan Rayon İcra Hakimiyyəti tərəfindən 170-dən çox aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan tənha sakinlərə humanitar yardım göstərilmişdir.


    Hal –hazırda  rayon ərazisində COVİD-19-la əlaqədar vəziyyət stabildir və nəzarət yüksək səviyyədə davam etdirilir. 

 

Rəşad Cəbrayılov

 

Salyan Rayon İcra Hakimiyyətinin Başçısının müavini

 

Son xəbərlər

Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb

Sabah Bakıda hava yağmursuz olacaq

İlham Əliyev Kamboca Kralını təbrik edib

Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

Bütün xəbərlər