Dünya - Pressxeber.com

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
İranın cənub-şərqində SEPAH ilə terrorçu qrup arasında toqquşma baş verib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, Sistan və Bəlucistan vilayətinin Saravan şəhərində terror aktı həyata keçirməyə hazırlaşan peşəkar terrorçu qrupla toqquşma baş verib.

SEPAH-ın yaydığı məlumata görə, toqquşma nəticəsində terrorçu qrupun 4 üzvü öldürülüb.

Bildirilib ki, bu gün günortaya qədər davam edən əməliyyat zamanı SEPAH-ın 3 əməkdaşı da həyatını itirib.

Məlumata əsasən, terrorçu qrupun gizləndiyi yerdən bir sıra silahlar, müəyyən miqdarda sursat və partlayıcı maddələr aşkarlanaraq götürülüb.

SEPAH əlavə edib ki, öldürülən terrorçuların sayının artacağı ehtimal olunur.

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
Rusiya qazın qiymətini artırarsa, Ermənistan 102-ci Rusiya hərbi bazasının ölkədə qalması üçün icarə haqqını artıra bilər.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın partiyasından olan millət vəkili, Ermənistan parlamentinin Müdafiə Komissiyasının sədri Vilen Qabrielyan "Factor" xəbər portalına müsahibəsində bildirib.

O, Paşinyanın dünən verdiyi açıqlamasını şərh edərkən qeyd edib ki, əgər Rusiya qazın qiymətini qaldırarsa, Ermənistan tərəfi də hansı xidmətlərin qiymətini artıra biləcəyini, yaxud indiyədək pulsuz olan, lakin sonradan mütənasib ödəniş tələb edə biləcək məsələləri nəzərdən keçirəcək:

"Mənim şəxsi mövqeyim ondan ibarətdir ki, maliyyə baxımından belə bir yenidən hesablanma hərbi baza çərçivəsində də baş verə bilər. Çünki bildiyimiz kimi, ərazi və (hərbi bazanın – red.) saxlanılması xərclərinin böyük hissəsi Ermənistanın hesabına ödənilir”.

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq
ABŞ ordusu İran limanlarının blokadasını və İslam Respublikasına hücumları dayandırsa, Tehran Hörmüz boğazında gəmilərin sərbəst hərəkətini bərpa edəcək.

Bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

"Boğazın yolu o şərtlə açılacaq ki, Amerika mühasirədən və İrana qarşı təcavüzdən əl çəksin", - Pezeşkian xatırladıb.

Onun sözlərinə görə, Vaşinqton müharibə yolu ilə öz məqsədlərinə çata bilməyib və mühasirəyə də məhz buna görə əl atıb: "Lakin biz dayanmayacağıq.

Dəniz yolu bizim həyat yolumuz deyil, elə düşünməsinlər ki, bu hərəkətlərlə bizi təslim edə bilərlər".

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq
Fars körfəzi ölkələrinin xarici işlər nazirləri Hörmüz boğazından gəmiçiliklə bağlı müvəqqəti sazişi müzakirə etmək üçün iranlı həmkarı Abbas Əraqçi ilə görüşməyi planlaşdırırlar.

Bu barədə "Financial Times" diplomatik mənbələrə istinadən məlumat yayıb.

Görüş Oman və İranın təşəbbüsü ilə sentyabrın 14-də Omanın Səlalə şəhərində baş tutmalıdır.

Nəşrin məlumatına görə, Maskat və Tehran gəmilərin strateji əhəmiyyətli su yolundan keçidini tənzimləyən müvəqqəti sazişin bağlanması üçün region dövlətlərinin dəstəyini qazanmağa ümid edir.

Daha əvvəl İran hərbçiləri boğazdan icazəsiz keçməyə cəhd edən istənilən gəmi hücuma məruz qala və ya sanksiyalar siyahısına salına biləcəyi barədə xəbərdarlıq etmişdilər.

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var
ABŞ-nin Nyu-York şəhərində, Staten-Aylend ərazisində barjada baş verən partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

Bu barədə "CBS News" Nyu-York Polis Departamentinə (NYPD) istinadən məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerində bir kişinin meyiti aşkarlanıb. Həlak olan şəxsin kimliyi hələlik müəyyən edilməyib.

Nyu-York Yanğınsöndürmə Departamentindən bildirilib ki, partlayışın nəticələrinin aradan qaldırılması üçün təhlükəli maddələrlə işləyən mütəxəssislər də hadisə yerinə cəlb olunub.

Partlayış nəticəsində üzərində neft məhsulları olan konteynerin yerləşdiyi barjanın üst hissəsi zədələnib. Yanğın söndürülüb, lakin fövqəladə hallar xidmətlərinin əməkdaşları hadisə yerində işlərini davam etdirirlər. Partlayışın səbəbləri araşdırılır.

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir
Qazaxıstan Türk Dövlətləri Təşkilatı (TDT) ilə hərtərəfli qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə böyük əhəmiyyət verir.

Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TDT ölkələrinin Daxili İşlər Nazirləri Şurasının iclası ərəfəsində keçirilən Türk ölkələrinin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşündə bildirib.

"Türk Dövlətləri Təşkilatı dostluğumuzun möhkəmlənməsinə böyük töhfə verir. Qazaxıstan bu nüfuzlu qurumla hərtərəfli qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə böyük əhəmiyyət verir. Təşkilatın iştirakçı dövlətləri müxtəlif sahələrdə, o cümlədən güc strukturları arasında qarşılıqlı əlaqələri genişləndirirlər. Bu baxımdan daxili işlər nazirlərinin görüşü xüsusi əhəmiyyət kəsb edir", - K.Tokayev bildirib.

O qeyd edib ki, Türk ölkələrinin əməkdaşlığı ildən-ilə möhkəmlənir, çünki onları tarixi keçmiş, oxşar dil və ənənələr, eləcə də ümumi maraqlar birləşdirir.

Tramp nüvə obyektindəki fəallığa görə İranı zərbə endirməklə hədələyib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Natanz yaxınlığında ehtimal edilən yeni nüvə obyektində fəallığın davam edəcəyi təqdirdə, İrana "güclü zərbə" endirilə bilər.

Bu barədə Tramp ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində hakim Respublikaçılar Partiyasının Dallasda baş tutan milli qurultayında çıxış edərkən bildirib.

"Biz Kirk dağında kiçik fəallıq müşahidə edirik. Mən İrana hiyləgərlik etməməyi məsləhət görərdim, çünki biz onlara çox güclü zərbə endirməli olacağıq. Bizim seçimimiz yoxdur", - Tramp bildirib.

Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək
Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısında dəyişiklik edilib.

Nazirlər Kabineti bu barədə qərar verib.

Baku Medical Plazaya kök hüceyrələrinin transplantasiyasını həyata keçirmək səlahiyyəti verilib.

Eyni zamanda “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilib.

Baku Medical Plazaya kök hüceyrələrinin götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirmək səlahiyyəti verilib.

Qeyd edək ki, bundan əvvəl Nazirlər Kabinetinin 20 iyul 2026-cı il tarixli qərarı ilə Respublika Diaqnostika Mərkəzinə transplantasiyası, götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirmək səlahiyyəti verilib.

İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib
Hörmüz boğazının giriş və çıxış marşrutlarının əhəmiyyətli hissəsi İranın nəzarətində olacaq.

Bu barədə İran parlamentinin sədr müavini Əli Nikzad ISNA-ya müsahibəsində bildirib.

Omanla əldə olunan razılaşmaya toxunan Nikzad deyib ki, bu məsələdə artıq razılığa gəlinib.

O qeyd edib ki, hətta Oman Sultanı da bu razılaşmanı qəbul edib.

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda göndəriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda göndəriləcək.

20 vaqon arpa və 21 vaqon buğda sabah Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınacaq.