Cəmiyyətimizdə elə dəyərli və ləyaqətli insanlar var ki, onların həyat amalı, mənəvi duruşu və cəmiyyət qarşısındakı xidmətləri hər zaman dərin rəğbət doğurur. Xüsusilə Vətən yolunda canından keçən qəhrəmanlarımıza, şəhidlərimizin əziz xatirəsinə uca məqamda yanaşan, onların ailələrinin hər zaman yanında olan şəxsiyyətlər xalqın sevgisini və ehtiramını haqlı olaraq qazanırlar. Belə ali xüsusiyyətləri özündə birləşdirən insanlardan biri də ziyalı mövqeyi, təmkinli xarakteri və şəhidlərə olan sonsuz ehtiramı ilə seçilən Şəmsəddin Haciyevdir.

Şəmsəddin Haciyevin həyat yolu və ictimai fəaliyyəti hər zaman insanpərvərlik, Vətənə sədaqət və yüksək mənəviyyat prinsipləri üzərində qurulub. Onu tanıyanlar, yolların kəsişdiyi insanlar hər zaman onun sadəliyini, xeyirxahlığını və xüsusilə də şəhidlərimizə, qazilərimizə göstərdiyi həssas münasibəti xüsusi vurğulayırlar. Şəhid ailələrinin dərdi ilə yaşamaq, onların problemlərinə həssaslıqla yanaşmaq və hər fürsətdə onların arxasında dayanmaq hər bir vətəndaşın borcu olmaqla yanaşı, həm də böyük ürək tələb edən ali keyfiyyətdir. Şəmsəddin Haciyev məhz bu xüsusiyyəti ilə cəmiyyətdə “şəhidlərin dostu” kimi ad qazanmış, hər zaman qəhrəmanlarımızın xatirəsini uca tutmuşdur.

Həyatın müxtəlif sınaqlarından üzüağ, təmiz adla çıxan belə şəxsiyyətlərin keçdiyi ömür yolu gənc nəsil üçün də əsl vətənpərvərlik məktəbidir. Vətəninə, torpağına bağlı olan, xalqının dar günündə və sevincində hər zaman onunla nəfəs alan insanlar illər keçsə də unudulmur, əksinə, illərin süzgəcindən keçərək daha da ucalırlar. Şəmsəddin Haciyevin həm elmi-pedaqoji fəaliyyətində, həm də ictimai duruşunda hər zaman dövlətə sədaqət və insan ləyaqətinə hörmət əsas xətt olub. O, hər bir müraciətə təmkinlə, hər bir insana isə böyük ehtiramla yanaşmağı bacaran, ətrafına hər zaman mənəvi rahatlıq və güvən aşılayan nadir insanlardandır.

Zaman keçdikcə insanları ucaldan onların qoyduqları əməli işlər, xalqın yaddaşında yaratdıqları təmiz izlərdir. Şəmsəddin Haciyev illər boyu qoruyub saxladığı ləyaqəti, xeyirxah əməlləri, şəhidlərə və onların ailələrinə bəslədiyi sarsılmaz ehtiramı ilə cəmiyyətdə xüsusi mövqe qazanıb. Onun hər bir addımında, həyat fəlsəfəsində Vətənə bağlılıq və əsl ziyalı məsuliyyəti dayanır. Şəmsəddin Haciyev kimi ləyaqətli, xeyirxah və vətənpərvər insanların cəmiyyətimizdə varlığı hər zaman qürur mənbəyidir. Onun haqqında söylənilən səmimi sözlər, bəslənilən dərin rəğbət yaşanan mənalı ömrün, qazanılan halal adın və vicdanlı mövqeyin ən ali qiymətidir.

Son xəbərlər

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb

UEFA Çempionlar Liqası: "Sabah"ın dörd oyunu üçün indiyədək 100 mindən çox bilet satılıb

Azərbaycan neftinin qiyməti 121 dolları keçib

Yeni Suraxanıda qaz olmayacaq

Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ

Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"

Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb

Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Bütün xəbərlər