Cahangir Əliyev - Ölkəmizdə möhkəm əsaslı xalq-iqtidar birliyi mövcuddur. Zamanla bu birliyin şahidi olmuşuq. Vətən müharibəsində də qazandığımız möhtəşəm Zəfərin əsasını təşil edən amillərdən biri də məhz xalq-iqtidar birliyi oldu. Bu birliyinin nümayişini biz 7 fevral prezident seçkiləri günü bir daha gördük. Eyni zamanda, bütün dünya Azərbaycanda mövcud olan möhkəm əsaslı xalq-iqtidar birliyinin şahidi oldu.

7 fevral prezident seçkiləri günü çox yüksək səviyyədə seçici fəallığı qeydə alındı. Səsvermə hüququ olan vətəndaşlar bayram əhval-ruhiyyəsində seçki məntəqələrinə gedir və öz siyasi iradələrini ifadə edirdilər. Müstəqil Azərbaycanın tarixində ilk dəfə idi ki, bütöv ölkə ərazisində seçkilər keçirilirdi. Seçicilər də qalib xalqın vərəndaşı olaraq səsvermə mənqətələrinə qürurla gəlirdilər.

7 fevral prezident seçkilərinə beynəlxalq səviyyədə də kifayət qədər yüksək maraq vardı. 72 beynəlxalq təşkilat və 89 ölkədən 790 xarici müşahidəçinin seçki məntəqələrində səsvermə prosesini izləməsi bu fikirləri əminliklə deməyə əsas verir. Seçkilər tam şəffaf şəraitdə və demokratik mühitdə baş tutdu. Xarici müşahidəçilərin açıqlamaları da bunu təsdiq edir.

Prezident seçkiləri günü xalqımız bir daha sübut etdi ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqdir və ölkəmizin bu siyasi kursa böyük ehtiyacı var. Xalqımız əmindir ki, ölkəmizin davamlı inkişafını, iqtisadi qüdrətinin artırılmasını, yeni hədəflərə nail olmağı ancaq cənab İlham Əliyev təmin edə bilər. Çünki xalqımız son 20 il ərzində həyata keçirilmiş layihələri, görülmüş işləri görür və qiymətləndirir. Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz çox böyük inkişaf yolu keçib və regionda ən güclü dövlətə çevrilib. Azərbaycan bu gün həmçinin beynəlxalq aləmdə yüksək nüfuz sahibdir. Güclü, nüfuzlu ölkənin vətəndaşı olmaq isə özü bir xoşbəxtlikdir. Qalib xalqımız bundan sonra da əmin-əmanlıq və sabitlik şəraitində xoşbəxt yaşayacaqdır. Bu əmin-əmanlığın, sabitliyin  və xoşbəxt gələcəyin qarantı məhz Prezident İlham Əliyevdir.

Fevralın 7-də xalqımız öz prezidentini seçməklə yanaşı anti-Azərbaycan dairələrə, ölkəmizə qarşı ikili standartlardan yanaşanlara, eləcə də müxalifət maskasında olan radikal kəsimə lazımi cavabı verdi. Azərbaycan xalqı bir daha nümayş etdirdi ki, öz qalib liderinin ətrafında mütəşəkkil formada birləşib.

Müstəqil Azərbaycan dövlətinin həyatında yeni bir mərhələ başlayır. Bu yeni mərhələdə yeni hədəflər müəyyənləşdirilib. Ölkə iqtisadiyyatının gücləndirilməsi, müasir ordu quruculuğunun davam etdirilməsi, əhalinin rifah səviyyəsinin daha da yaxşılaşdırlması, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, regional və qlobal əhəmiyyətli layihələrin reallaşdırılması yeni hədəflərin müəyyən bir qismidir. Eyni zamanda, Qarabağ və Şəqri Zəngəzurda bərpa-quruculuq işlərinin həyata keçirilməsi, “Böyük Qayıdış”ın təmin edilməsi dövlətimizin əsas prioritetlərindəndir. Bir sözlə, müstəqil Azərbaycanı cənab İlham Əliyevin prezidentliyi dövründə işıqlı gələcək gözləyir.

Son xəbərlər

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

"Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib

Vətən sevgisi, şəhid ehtiramı: Seymur Məmmədov imzası

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb

UEFA Çempionlar Liqası: "Sabah"ın dörd oyunu üçün indiyədək 100 mindən çox bilet satılıb

Azərbaycan neftinin qiyməti 121 dolları keçib

Yeni Suraxanıda qaz olmayacaq

Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ

Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"

Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Bütün xəbərlər