Paylas

YAP Goranboy rayon təşkilatı 31 avqust 2020 ci il tarixdə
YAP Goranboy rayon təşkilatı Gənclər birliyinin idarə heyyəti ilə
görüş keçirdi.

   YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov çıxış edərək  ölkədə gedən ictimai siyasi proseslərlə bağlı söhbət apardı.Bundan başqa gənclərin sosial şəbəkədə daha aktiv şəkildə işləməsinin təmin edilməsi və radikal müxalifətə anında cavab verilməsi ölkə rəhbəri Cənab Prezident İlham Əliyevin apardığı siyasəti gördüyü işlərin sosial şəbəkələrdə təbliğatının təmin edilməsi ilə əlaqədar gənclərə tövsiyə və tapşırıqlarını verdi. 

               

Daha sonra isə Gənclər Birliyinin sədri Həsən Şirinov avqust ayında görülmüş işlərlə bağlı məlumat verdi.Görülmüş işlər qənaətbəxş sayıldı.

Qarşıdan tədris ili başlanır bunun üçün YAP Gənclərinin Koronovirusu ilə əlaəqdar şagirdlər və valideynlər arasında təbliğat aparması gənclər tərəfindən irəli sürüldü və idarə heyyəti tərəfindən bu məsələ müsbət qarşılandı və təsdiq olundu.Həmçinin idarə heyyətində sentyabr ayında keçirələcək tədbirlər müzakirə olundu.İrəli sürülmüş bütün tədbirlər idarə heyyəti tərəfindən müsbət qarşılandı və təsdiq edildi.

2+

Bir cavab yazın