Paylas

Qubadlı rayonunun işğalından 27 il ötür.

Qubadlı rayonu 1993-cü il avqustun 31-də Erməmistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edilib. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçib, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşüb.

1993-cü il avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid verilib. Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qərrəmanı adına layiq görülüb.

Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonları işğal olunduqdan sonra faktiki yarımmühasirə vəziyyətinə düşən Qubadlı rayonu 1993-cü il avqust ayının 30-31-də erməni təcavüzkarı qüvvələrinin işğalına məruz qaldı. Erməni işğalı nəticəsində 30 min nəfərdən artıq Qubadlı sakini yurd-yuvalarından didərgin düşdü.

27 ildir ki, rayonun 30 mindən çox əhalisi ölkəmizin 47 şəhər və rayonunda məcburi köçkün həyatı yaşayır. Lakin hər birimiz onların öz doğma yurd-yuvalarına qayıdacaqlarına inanırıq. Çünki ötən illər ərzində Azərbaycan xeyli inkişaf edərək öz iqtisadiyyatını, ordusunun gücünü daha da artırıb, Ermənistan isə bütün sahələrdə iflasa uğrayıb, ordusu çöküb.
Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət bu inamı daha da artırır. Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, biz heç vaxt öz ərazi bütövlüyümüzün pozulması faktı ilə barışmayacağıq və istənilən yolla torpaqlarımızı işğaldan azad edəcəyik. İndi keçən hər gün bizi torpaqlarımızın azad olunacağı günə – Böyük Qələbəyə daha da yaxınlaşdırır.

1+

Bir cavab yazın