Paylas

Aygün Əliqulu qızı Bayramova 13 avqust 1967SarıhacılıAğdam rayonu) — Azərbaycan xanəndəsi və opera müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2005), Prezident mükafatçısı.

Aygün Bayramova 1989-cu ildə A.Zeynallı adına Bakı musiqi texnikumunu Şövkət Ələkbərovanın sinfi üzrə bitirmişdir.

1995-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini tamamlamışdır.

1989-cu ildən Muğam Teatrının solistidir. Gözəl səs tembrinə, oxu mədəniyyətinə malik olan müğənni Azərbaycan xalq mahnılarının, muğamların və bəstəkar mahnılarının mahir ifaçısıdır.

2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

Teatrın səhnəsində bir çox muğam operalarında aparıcı partiyaları – “Leyli və Məcnun”da Leyli, “Natəvan”da Müğənni, “Koroğlu”da Xanəndə qız, “Aşıq Qərib”də Şahsənəmi böyük ustalıqla ifa etmişdir.

Muğam sənətinin istedadlı nümayəndələrindən biri olan A.Ə.Bayramova bir çox xarici ölkələrdə milli musiqi sənətimizi layəqətlə təmsil etmiş, tamaşaçı məhəbbəti qazanmışdır.

30 aprel 2014-cü ildə 6 may 2015-ci ildə6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Aygün Bayramova 23 may 2017-ci ildə İran vətəndaşı olan musiqiçi Fəraməz Gərmrudi ilə ailə həyatı qurub.

Bizdə redaksiya heyyəti olaraq Aygün xanımı ürəkdən təbrik edirik ona uzun ömür,can saglıgı gələcək işlərində uğurlar diləyirik

0

Bir cavab yazın