Paylas

Mingəçevirdə yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan gənc tutuldu

Mingəçevir şəhərində yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə ittiham olunan şəxsə cinayət işi açılıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mingəçevir şəhər sakini Sənan Bəşirovun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.


Məlum olub ki, Sənan Bəşirov 15 yaşlı qızla ailə həyatı qurub. O, yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olduğu üçün polis əməkdaşları tərəfindən həbs olunub.
Sənan Bəşirovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


İş baxılamsı üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilib.


Cinayət işi araşdırılması üçün hakim Nemət Paşayevin icraatına verilib.


Məhkəmənin hazırlıq iclası avqustun 12-nə təyin olunub.


Fariz Məlikli
Demokrat.az

0

Bir cavab yazın