Rus generalından açıqlama

Rus generalından açıqlama

02/08/2020 0 By Elcin Tagiyev
Paylas

Azərbaycan və Ermənistan orduları üz-üzə – Rus general açıqladı

 29 İyul 12:32

“Bu il Beynəlxalq Ordu Oyunları yarışa ev sahibliyi edəcək 11 yox, 5 ölkədə keçiriləcək”.

Pressxeber.com Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Döyüş Təlimi Baş İdarəsinin rəisi general-polkovnik İvan Buvaltsev açıqlayıb.

“Bu il 11 dövlətin (Azərbaycan, Belarus, İran, Hindistan, Qazaxıstan, Çin, Monqolustan, Rusiya, Özbəkistan, Şri-Lanka və Ermənistan) ərazisində 30 yarışın keçirilməsi planlaşdırıldı. Təəssüf ki, bir sıra təşkilatçı dövlətlər yarışlardan imtina etdi. Koronavirus infeksiyası səbəbindən oyunların coğrafiyası kiçildi”, – Buvaltsev bildirib.

Onun sözlərinə görə, İran, Hindistan, Qazaxıstan, Çin, Monqolustan və Şri-Lanka oyunlara ev sahibliyi etməkdən boyun qaçırıb.

General 6 yarışın dörd dövlət ərazisində keçiriləcəyini deyib: “Dəniz kuboku” Azərbaycanda, “Qütb ulduzu” və “Snayper cəbhəsi” Belarusda, “Dünya döyüşçüləri” Ermənistanda, “Hərbi tibbi estafet” və “Yol patrulu” Özbəkistanda, qalan 24 yarış Rusiyada keçiriləcək”.

Beynəlxalq Ordu Oyunları 23 avqust – 5 sentyabr tarixlərində baş tutacaq.

1+