Şəhid ailələri ziyarət edildi

Şəhid ailələri ziyarət edildi

01/08/2020 0 By Elcin Tagiyev
Paylas

Şəhid ailələri ziyarət edildi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən hərbi qulluqçular Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət edib.

Müdafiə Nazirliyindən AKTUAL TV -yə  bildirilib ki, bayram münasibətilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib, şəhid ailələrinə baş çəkilib, onlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb və bayram sovqatları təqdim olunub.

0