Güclü Ordu düzgün siyasətin davamı, Dövlətin müstəqilliyinin və xalqın varlığının qarantıdır-Tarixin Səhifələri

Güclü Ordu düzgün siyasətin davamı, Dövlətin müstəqilliyinin və xalqın varlığının qarantıdır-Tarixin Səhifələri

01/08/2020 0 By Elcin Tagiyev
Paylas

Güclü Ordu düzgün siyasətin davamı, dövlətin müstəqilliyinin və xalqın varlığının qarantıdır

İyun ayının 12-də Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində erməni təxribatı bir daha sübut etdi ki, düşmənlərimiz Azərbaycan dövlətinin qüdrətlənməsini həzm edə bilmir. Azərbaycanın həm hərbi-strateji dayaqlarına və həm də əsas iqtisadi layihələrinə yönəlmiş bu təxribat Şanlı Azərbaycan Ordusu tərəfindən vaxtında aşkarlandı və yüksək səviyyədə cavab tədbirlərinin görülməsi nəticəsində düşmənə lazımi cavab verildi. Sərsəm siyasət yeridən, bu siysəti nəticəsində uğursuzluğa məhkum olan erməni rəhbərləri və əsgəri bir daha uğursuzluğa düçar oldu, həm canlı qüvvə və həm də hərbi texnika-təhcizat baxımından ağır itkilərlə barışmalı oldu.
Ordumuz bir daha sübut etdi ki, çəkilən xərclər, təlimlərdə tökülən tərlər yersiz deyil və nə qədər önəmlidir. Xalqımızın və Möhtərəm Prezidentimizin güvənc yeri olduğunu, bu etibarı qanı ilə, canı ilə doğrultduğunu sübut etdi Ordumuz! Prezidentimiz hər bir əsgərin onun üçün necə dəyərli olduğunu, Vətən uğrunda canını qurban verən şəhidlərin necə dəyərli və uca olduqlarını, şəhid ailələrinə öz əzizləri kimi dövlətin sahib çıxmasını, arxa-dayaq olmasını, təskinlik verilməsini sübut və bəyan etdi cahana – dosta, düşmənə.
Bu yüksək dəyərlərin nəticəsində Xalq koronavirus deyilən bəladan çəkinmədən küçələrə, meydanlara axışdı, öz prezidentinə, əsgərinə, şəhidinə və şəhid ailələrinə, doğmalarına həmrəylik nümayiş elətdirdi. Dünyanın bir çox yerlərində azərbaycanlılar Vətənin dar günündə birləşməyi bacardılar, sayının çoxluğundan-azlığından asılı olmayaraq lazımi cavab verildi erməni faşizminə və onu dəstəkləyən güclərə. Dünya Dövlətimizin, Prezidentimizin, Ordumuzun və Xalqımızın gücünə və birliyinə şahid oldu. Yaşasın Qüdrətli Prezidentimiz, Qələbələrə layiq olan Güclü Ordumuz və bu dəyərlərə, bu irəliləyişə qiymət və dəstək verməyi bacaran Xalqımızın birliyi – Üçlüyü!
Allah bu birliyi yaradan, yaşadan və qorumağı bacarıb bizə əmanət verən şəhidlərimizə rəhmət eləsin! Mən şəxsən bir vətəndaş, Azərbaycan-Ermənistan sərhəddində xidmət etmiş bir əsgər kimi inanıram ki, Azərbaycan Ordusu istənilən anda Ali Baş Komandanımızın əmri və Xalqımızın dəstəyi ilə düşməni yerli-dibli məhv etməyə qadir və hazırdır!

0