Heydər Əliyev fondunun təşəbbüsü ilə uşaq bağçasının tikintisi sürətlə davam edir

Heydər Əliyev fondunun təşəbbüsü ilə uşaq bağçasının tikintisi sürətlə davam edir

01/08/2020 0 By Elcin Tagiyev
Paylas

Masallıda uşaq bağçasının tikintisi sürətlə davam edir

Masallıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni inşa olunacaq uşaq bağçasının tikintisi sürətlə davam edir
Son illər respublikamızda, o cümlədən Masallı rayonunda aparılan möhtəşəm quruculuq, abadlıq işləri Ümummilli Lider Heydər Əliyevin siyasətinin uğurlu davamıdır. Pandemiya dövrü olmasına baxmayaraq ölkə rəhbəri İlham Əliyevin balanslı siyasətinin nəticəsidir ki, istər siyasi, istər iqtisadi, istərsə də mədəni-humanitar sahələrdə əldə olunan nəticələr dünya birliyi tərəfindən qəbul edilir, alqışlanır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sosial-iqtisadi həyatında əldə edilən uğurlar hər bir bölgədə olduğu kimi Masallının həyatında da öz əksini tapmaqdadır. Möhtərəm Prezidentimizin tövsiyə və tapşırıqları əsasında şəhər ərazisində irimiqyaslı layihələrin icrası, quruculuq-abadlıq işləri davam etdirilir. Həmçinin məşğulluq səviyyəsinin artırılması, infrastruktur layihələrinin həyata keçirilməsi və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.
Ölkəmizdə uşaqlara qayğı həmişə ön plandadır. Bu məqsədlə hər il onlarca uşaq-tərbiyə müəssisəsi tikilir. Bu il Masallıda da 7 məktəbəqədər uşaq-tərbiyə müəssisəsinin tikilməsi və ya əsaslı təmir olunması nəzərdə tutulmuşdur. Bu sahədə artıq ilk addım atılıb. Masallı şəhər Səməd Vurğun küçəsində 100 yerlik uşaq-tərbiyə müəssisəsinin tikintisinə 1 iyul 2020-ci il tarixdən başlanmışdır. İkimərtəbəli, yaraşıqlı bağçada uşaqların əylənməsi üşün hər cür şərait yaradılacaqdır.
Qeyd edək ki, pandemiya dövründə təməli qoyulan uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunur.

0