Xocavənd polisi tərəfindən Qurban bayramı münasibəti ilə sakinlərə bayram sovqatlari verilib

Xocavənd polisi tərəfindən Qurban bayramı münasibəti ilə sakinlərə bayram sovqatlari verilib

01/08/2020 0 By Elcin Tagiyev
Paylas

Xocavənd polisi tərəfindən qurban bayramı münasibəti ilə sakinlərə bayram sovqatları verilib

Pressxeber.com mia.gov.az-a istinadən bildirir ki,

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları qurban bayramı münasibətilə torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhid ailələrini və eləcə də aztəminatlı ailələri ziyarət edib, onlara bayram sovqatları verilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, ziyarət zamanı polis əməkdaşları bayram münasibəti ilə bütün ailələri təbrik edib, müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları təqdim ediblər. Bu təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan sakinlər göstərdikləri diqqətə görə, polis əməkdaşlarına öz təşəkkürlərini ifadə ediblər. Həmçinin polis əməkdaşları koronavirus pandemiyasının yarada biləcəyi təhlükələr barədə də hər bir vətəndaşla ayrıca maarifləndirici səpkidə söhbətlər aparıb, öz sağlamlıqlarına biganə qalmamağı tövsiyə ediblər.

0