Baş Nazirdən açıqlama-Karantin rejiminin yumşaldilması dayandı

Baş Nazirdən açıqlama-Karantin rejiminin yumşaldilması dayandı

31/07/2020 0 By Elcin Tagiyev
Paylas

Britaniyada karantin rejiminin yumşaldılması dayandırıldı – Baş nazir açıqladı

Konoravirusa yeni yoluxma hallarının artması ilə əlaqədar Britaniya hökuməti karantinin yumşaldılmasının növbəti mərhələsini dayandırıb.

Pressxeber.com Pravda.az – istinadən bildirir ki, xəbərə görə, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson deyib.

“Biz virusu nəzarətdə saxlamaq üçün əyləcə basmalıyıq. Avqustun 1-dən yoluxma riski böyük olan bir sıra müəssisələri açmağı düşünürdük. Lakin mən qeyd etməliyəm ki, biz hazırkı dəyişikliyi ən azı iki həftəlik təxirə salmağa məcburuq”, – deyə baş nazir bildirib.

Qeyd edək ki, yumşalmanın növbəti mərhələsi avqustun 1-dən başlamalı idi. Bolinq və kazino zalları açılmalı, qapalı müəssisələrdə bir sıra tədbirlərin keçirilməsinə icazə verilməli idi.

Xatırladaq ki, buna qədər hökumət mart ayının 23-dən tətbiq edilən karantin rejiminin yumşaldılması ilə bağlı qərarları ləğv etməyib.APA

1+