Elçin Tağıyev Nazirə müraciət etdi-bu zəhmətkeş qadını bağışlayasınız

Elçin Tağıyev Nazirə müraciət etdi-bu zəhmətkeş qadını bağışlayasınız

08/07/2020 0 By Elcin Tagiyev
Paylas

Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab general-polkovnik Vilayət Eyvazova

Tarixin Səhifələri Qəzetinin Redaktor müavini Pressxeber.com sayıtının baş redaktoru Elçin Məhəmməd oğlu Tağıyev tərəfindən

M Ü R A C İ Ə T.

Cənab Nazir bu gün Koronavirus COVİD-19 adli bir pandemiya dünya ölkələrini cənginə almaqda davam edir. Bu cür virusun Azərbaycan Respublikasindada fəsadları olduqca movcuddur.

Biz əminliklə inanirıq ki, Ölkə Başçısı cənab İlham Əliyevin ciddi tapşırıq və tövsiyyələri,qabaqlayıcı tədbirlər və dizinfeksiya işlərinin həmcinin karantin rejminin tətbiq edilməsi nəticəsində Ölkəmizdə virus qurbanlarinın sayı az olacaq ən əsasida Azərbaycan Dovləti bu bəlaya qalib gələcək. Həmin gunü isə Dövlətimiz və Xalqimız üçün ən uğurlu bir gün olacaq.

Bu çətin devirdə ən məsuliyyətli vəzifə sozsüzki DİN əməkdaşlarinın üzərindədir. Polis əməkdaşları gece-gundüz dayanmadan çalışır həm asayişimizi,sağlamlığımızı layiqincə qoruyurlar. Bu qayğıkeşlik,vətənpərvərlik naminə bütün DİN-nin şəxsi heyyətinə sonsuz təşəkkürümü bildirirəm. Azərbaycan polisi bizləri qoruduğu kimi bizdə onların misilsiz zəhmətlərini qiymətləndirməliyik.

Son vaxtlar sərtləşdirilmiş karantin rejimini pozan,qaydalara əməl etməyən kafe və restoranlar, istirahət mərkəzləri,otellər aşkarlanaraq polis əməkdaşlari tərəfindən məsuliyyətə cəlb olunmuşdular.

Bu gün bu tətbiq olunan qanun hərbir vətəndaşın sağlam gələcəyinin qorunmasına bir nişanədir. Odurki tətbiq edilən qaydalara əməl etməliyik.

Polis əməkdaşlarinın keçirdiyi əməliyyat axtariş tədbiri zamanı Sabunçu bazarinın içərisində gizli şəkildə fəaliyyət göstərən adsız kafe aşkarlanmışdır.

Aparılan reydlər nəticəsində 9-nəfər saxlanılaraq məsuliyyətə cəlb olunublar. Saxlanilanlar arasında 9-nəfərin təşkil etdiyi bir işçi heyyətindən biri olan şəkildə təqdim etdiyim Azərbaycan qadınınının bağışlanmağını Sizdən xahiş edirəm. Bəli pandemiya dövrüdür virus var qorunmaq lazimdır buna gorədə hərbir kəs ozünü və yaxinlarinı bu bəladan qorumalıdır.

Bu şəkil birçox sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Dogrudanda bu qadının qayğıkeşliyi,zəhmətkeşliyi ailəsi və övladları üçün bir tikə çörək ucbatından məcbur edib ki, hansisa bir kafedə gündəlik qazanc üçün qabyuyan və xadimə işləsin.

Hörmətli Vilayət Eyvazov cənabları şəkildə görünən bu qadının geymi və zahiri görnüşü,üzündəki qayğıkeşlik və ehtiyac içində yaşaması məni məcbur etdiki Sizə müraciət edim.

Vətənpərvər Dövlətini,Xalqını sevən biri olaraq Sizdən xahiş edirəm ki, bu şəkildə təqdim edilən qayğıkeş,zəhmətkeş bir ananın günahından keçəsiniz.

Göydə Uca Allah yerdə isə Sizə pənah aparıram.

Hörmətlə; Elçin Tağıyev.

0