Neftçalada Hadisə 2-yaşlı uşaq həyatını itirdi

Neftçalada Hadisə 2-yaşlı uşaq həyatını itirdi

30/06/2020 0 By Elcin Tagiyev
Paylas

Cəmi 469 Dəfə Oxunub

Neftçala rayonunda faciəvi hadisə baş verib. 

Pressxeber.com MAYAKİNFO-ya istinadən  xəbər verir ki, hadisə rayonun Xəzərkənd kəndində baş verib. Belə ki, kəndə qonaq gəlmiş 1983-cü il təvəllüdlü Masallı rayon sakini Təhməzov Cavanşir Bəyzadə oğlu özünə məxsus “Qazel” markalı avtomobili arxaya doğru hərəkət etdirərkən yaxınlıqda dayanan 2018-ci il təvəllüdlü Həsənli Əkbər Rəşad oğlu nənəsinin əlindən çıxaraq avtomobilə doğru qaçmış və maşının təkərləri altında qalaraq əzilmişdir. Hadisə nəticəsində əzilən körpənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.