Mustəqim Məmmədovun son pəstahası-Pressxeber.com

Mustəqim Məmmədovun son pəstahası-Pressxeber.com

29/06/2020 0 By Elcin Tagiyev
Paylas

Cəmi 513 Dəfə Oxunub

Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq rayonlarda da koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması məqsədilə sanitar-dezinfeksiya işləri həyata keçirilir. Tərtər rayonunda aparılan dezinfeksiya işləri isə özü təhlükə mənbəyinə çevrilib.


Pressxeber.com Turkustan.info-ya istinadən bu barədə xəbər verir ki, Tərtər şəhərində küçələrin, mərkəzi yerlərin, inzibati binalar ətrafında aparılan dezinfeksiya işləri zamanı sanitar qaydalar poluzub. Belə ki, sözügedən ərazilərin yuyulması zamanı içməli su maşınlarından istifadə edilib. Zəhərli dezinfeksiya məhlulları içməli su maşınlarına tökülüb və bu maşınlarla küçələr yuyulub.


Qeyd edək ki, Tərtərin bir sıra yerlərində əhaliyə içməli su bu maşınlarla verilir.


P.S. Sosial şəbəkələrdə yayılmış bu görüntülərlə bağlı Tərtər rayonunun əlaqədar qurumlarının izahı maraqlı olardı.