Hərbi dəniz qüvvələrinə yeni komandan təyin edildi-Pressxeber.com

Hərbi dəniz qüvvələrinə yeni komandan təyin edildi-Pressxeber.com

29/06/2020 0 By Elcin Tagiyev
Paylas

Cəmi 530 Dəfə Oxunub

Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.

Pressxeber.com  report-a istinadən xəbər verir ki,  bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.

O, bundan əvvəl Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncam ilə S.Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə il idi 1-ci dərəcəli kapitan Zaur Hümmətov icra edirdi.