İcra başçısı vətəndaşlarla növbəti onlayn qəbulunu keçirdib-Pressxeber.com

İcra başçısı vətəndaşlarla növbəti onlayn qəbulunu keçirdib-Pressxeber.com

29/06/2020 0 By Elcin Tagiyev
Paylas

Cəmi 2,075 Dəfə Oxunub

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov iyunun 29-da növbəti onlayn qəbulunu keçirib. 

Pressxeber.com xəbər verir ki, qəbulda ayrı-ayrılıqda 30-dan çox vətəndaşın müraciəti dinlənilib, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.
Dinlənilmiş bütün müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülmüşdür. Həlli vacib və mümkün olan problemlər müzakirə zamanı həllini tapıb. Digərlərinin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq tapşırıqlar verilib.
Video qəbul zamanı şəhər rəhbəri bir daha vətəndaşlara özlərinin və yaxınlarının sağlamlığı üçün karantin rejiminin qaydalarına riayət etmələrini, özünütəcrid tədbirlərinə uyğun davranmaqlarını tövsiyə edib.
Qəbula gələnlər onların şikayət və təkliflərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalan şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Pressxeber.com