İtgin düşən neftçinin meyti tapıldı-Pressxeber.com

İtgin düşən neftçinin meyti tapıldı-Pressxeber.com

24/06/2020 0 By Elcin Tagiyev
Paylas

4 il 6 ay öncə itkin düşən daha bir neftçinin meyiti tapıldı: Sabah dəfn ediləcək

“May ayının 19-da Günəşli yatağında aşkar olunub, iyun ayında dənizdən çıxarılan iki cəsəddən birinin 2015-ci ildə SOCAR, 28 May adına NQÇİ-nin 10-cu platformasında baş verən yanğın nəticəsində həlak olan Elşad Rəsulova məxsus olduğu dəqiqləşib. Cəsəd sabah mərhumun ailəsinə təhvil veriləcək”.  Qeyd edək ki, “Günəşli” yatağında yanğın 2015-ci il 4 dekabrda 10 saylı dərin dəniz özülündə baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 9 nəfər dünyasını dəyişib, 22 nəfər itkin düşüb. Bu hadisə ilə əlaqədar olaraq 6 dekabr Azərbaycanda matəm günü elan edilib. Bir müddət əvvəl  itkin düşən dənizçilərdən ikisinin – 1954-cü il təvəllüdlü Əbdüləziz İsmayıl oğlu Əbdüləzizov və 1973-cü il təvəllüdlü Əyyub Xəlil oğlu Əliyevin meyiti tapılmışdı. Meyitlər tanınan vəziyyətdə idi.

0