Kartof-soğan satıb pul qazananlar insanlarin həyatını korlamayın-Elçin Tağıyev

Kartof-soğan satıb pul qazananlar insanlarin həyatını korlamayın-Elçin Tağıyev

24/06/2020 0 By Elcin Tagiyev
Paylas

Mən dəfələrlə şahidi olmuşam ki, Goranboy rayon Qizılhacılı qəsəbəsində fəaliyyət göstərən ticarət obyektləri,bər-bər xanalar,meyvə tərəvəz alqı-satqisı ilə gəlir əldə edənlər məişət tullantilarını,zibillərinizi gətirib şəxsi avtomibilləri və mataskletlərlə yuxari hissədə olan Cinli arxının üst tərəfi, əkin sahələrinin kənarina boşaldib gedirlər. Nə boşaldılan boş karopkalar,kağız parçaları və lazımsız əşyalar belə yandırılmır.

Sonda ya İcra Nümayəndəsini yada boş qalmış Bələdiyyə orqanlarinı günahkar gorürük ki ərazi təmizlənmir. Zəhmət cəksin pul qazananlar mağazalarinın ətrafında zibil qabları bərpa etdirsinlər və həmin mundar,üfunət iyi gələn,virus yayan pis xəstəliklərə səbəb olan tullantilarinı həmin əraziyə boşaldaraq yandirsınlar.

Bilirsiz ki, bu gün dünya ölkələri koronavirus pandemiyasi ilə mübarizə aparir. Bu mübarizənin aparılmasıda özümüz və yaxınlarımızın bəladan qorunmasına səbəb olur. Halbuki virusun yayilma mənbəsinidə torədənlər göz önündədir. Yuxarida adlarını qeyd etdiyim sahibkarlar nəzərinizə çatdirıram ki, hərhansısa bir şoferiniz vəya matasiklet sürənlər bu əraziyə zibil töksələr dərhal hüquq mühafizə orqanlarina məlumat verəcəm.

Bu ərazilərdə sakinlərin mal-qarası üçün otlaq sahələri var,kəndin cavanlari və ahilları darixanda təmiz hava almalari üçün bu əraziyə çıxırlar bilinki, ərazidə təmiz hava yox leş qoxusu gələn mundar bir hava hiss olunur. Bu natəmizlikdə insan orqanizması üçün təhlükə yaradir.

Bu ərazinin qismən yerini təmizlətmişəm və yenidən ərazidə təmizlənmə işləri aparilmasi üçün aidiyyatı yerlərə müraciətlə edəcəm.

Məqsədim ərazi təmiz və saf olsun

Qəsəbə sakinlərindən xahisim budur.

Elçin Tağıyev.

0