Gələn həftə yoluxma sayı 700-ə çata bilər Azərbaycanlı alimdən SOS

Gələn həftə yoluxma sayı 700-ə çata bilər Azərbaycanlı alimdən SOS

15/06/2020 0 By Elcin Tagiyev
Paylas

Gələn həftə yoluxma 700-ə çata bilər – Azərbaycanlı alimdən SOS

Azərbaycanda xəstələrin vəziyyəti ötən aylarla müqayisədə daha da pisləşib.

PRESSXEBER.COM Redaktor.az – a istinadən bildirir ki, bu sözləri Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm deyib.

Onun sözlərinə görə, artıq yoluxanların sayı o qədər artıb ki, reanimasiyalar doludur:

“Həkimlər çox pis vəziyyətdədirlər. Onların bəziləri çarəsizlikdən ağlayırlar. İnsanlar isə ağırlaşandan sonra həkimə müraciət edirlər. Bu günlərdə hər kəs özünü gözləməlidir. Hesab edirəm ki, növbəti həftələrdə günlük yoluxma 700-dən çox olacaq”. //Medicina.az

0